Chrysler şirkəti Çikaqoda keçirilən avtosalonda yenilənmiş Pacifica minivenini təqdim edib. Bundan başqa, amerikan istehsalçısı miniveni tam ötürmə ilə təchiz etdiyini də bəyan edib. İlkin olaraq, arxa oxu qoşan muftaya malik olan transmissiya ilə restaylinqdən əvvəlki minivenlər təchiz ediləcəkdirlər. Yenilənmiş minivenlər isə yerli dilerlərə ilin sonuna qədər çatdırlacaqdırlar.
Tam ötürməli transmissiya yalnız 291 at qüvvəsi hasil edən 3.6-litrlik V6 benzin mühərriki olan versiyalar üçün əlçatan olacaqdır. Tamötürməli miniven 20 mm artırılmış klirensə, yenidən tənzimlənmiş asqıya və köndələn dayanıqlılıq stabilizatoruna malik olacaqdır. Ön təkərlər sürüşürsə və yaxud qaz pedalı kəskin şəkildə basılarsa arxa ox avtomatik olaraq qoşulacaqdır. Tamötürməli minivenlər 2020-ci ilin ikinci rübündə satışa çıxarılacaqdırlar
Chrysler Pacifica Limites S
Eyni atmosfer aqreqatı və bir cüt elektrik mühərriki olan qoşulan hibrid modifikasiya öndənçəkişli olacaqdır. Hibrid aqreqatlı Pacifica elektrik ötürməsi ilə təxminən 53 km məsafə qət edə bilər və 16 kVs tutumu olan batareyanı isə məişət elektrik şəbəkəsindən doldurmaq olar.
Ötən gün Çikaqo avtosalonunda debüt edən yenilənmiş Pacifica miniveninə gəldikdə, onu yenilənmiş ön hissə və modernləşdirilmiş arxa optika sayəsində tanımaq mümkündür - arxa fənərlər LED zolaqla birləşdirilib. Ön LED fənərlər və piyadanı aşkar etmə funksiyasına malik olan avtomatik əyləc sistemi modelin standart təchizatına daxil edilib.
Yenilənmiş Pacifica miniveni 10.1-düymlük ekranı, 12 ədəd USB girişi, arxa sərnişinlərə yönəldilmiş FamCam kamerası və Amazon Alexa səs köməkçisi olan Uconnect 5 multimedia sistemi ilə təchiz edilir. Bundan başqa, Pacifica karamel rəngli dəri ilə üzlənmiş oturacaqları olan bahalı Pinnacle təchizatını əldə edib.