Çikaqoda keçirilən avtosalonda Hyundai şirkəti Şimali Amerika bazarında satılacaq hibrid qurğulu Hyundai Sonata modelini təqdim edib. İstehsalçı avtomobilin qarışıq rejimdə 4,5 litr benzin sırf etdiyini bildirib. ABŞ-ın Ətraf Mühitin Mühafizəsi Agentliyi (EPA) sedanın dolu çənlə 686 mil və yaxud 1104 km məsafə qət etdiyini təsdiq edib.
Hyundai Sonata Hybrid modelinin güc qurğusu Smartstream ailəsindən olan G2.0 GDi HEV mühərriki, elektromotor və hidrotransformatoru olmayan, lakin transmissiya və mühərrikin dövrələrini uyğunlaşdıran Active Shift Control sistemi ilə təchiz edilmiş hibrid avtomatik ötürmələr qutusundan ibarətdir,. İki litrlik atmosfer mühərriki 152 at qüvvəsi və 188 Nm fırlanma anı, elektrik mühərriki isə, 52 at qüvvəsi və 205 Nm fırlanma anı hasil edir. Hibrid qurğunun ümumi hasilatı 195 at qüvvəsi təşkil edir.
Hibrid Sonata sedanının aerodinamik müqavimət əmsalı 0,24-dür. Avtomobilin 6 saat müddətində açıq dayanacaqda durması halında, damda quraşdırılmış Solar Roof günəş batareyası bir neçə əlavə kilometr yürüyüşü təmin edəcəkdir.
Hava müqavimətini azaltmaq üçün sedan ön və arxa təkər deflektorları, ön spoyler və alt hissəni tamamilə örtən plitələrlə təchiz olunmuşdur. EPA dövrünə əsasən hibrid şəhərdə 4,7, magistral yolda isə 4,35 litr yanacaq sərf edir. Dolu çənə malik olan sedanın yürüş ehtiyatı 1104 kilometr təşkil edir.