Kia şirkəti Çikaqoda keçirilən avtosalonda Cadenza sedanının təkmilləşdirilmiş versiyasını nümayiş etdirib. Avtomobil yenidən gözdən keçirilmiş eksteryerə, yeni multimedia sisteminə və genişləndirilmiş avadanlıq siyahısına sahib olub. Eyni zamanda,sedan 3,3-litrlik V6 atmosfer mühərrikini qoruyub-saxlayıb.
Yenilənmiş Kia Cadenza modelinin ümumi uzunluğu 25 millimetr artaraq 4995 millimetrəı bərabər olub. Müqayisə üçün, yeni nəsil Kia Optima modelinin uzunluğu 4905 millimetr təşkil edir.
Zahiri cəhətdən Amerikada satılacaq Cadenza, Cənubi Koreyada təklif edilən K7 Premier modelindən elə də fərqlənmir: iki avtomobil arasındakı fərqlər baqaj qapağındakı emblem və ön fənərlərdəki reflektorlardan ibarətdir. Yenilənmiş sedan qapılar, dam və arxa qanadlar istisna olmaqla, tamamilə yeni kuzov panellərinə panellərinə sahib olub. Bundan başqa, Cadenza yeni optikanı və orijinal dizayna malik olan təkər disklərini əldə edib.
İnteryerdə də yeniliklər mövcuddur: əyləncə kompleksinin 8-düymlük ekranı 12,3 düymlük geniş formatlı displey ilə əvəz olunub, Sürətölçən və taxometr arasında isə 4.2-düymlük rəqəmsal ekran yerləşdirilib, klimat-kontrol idarəetməsi başqa formada təşkil edilib və havalandırma sisteminin deflektorları yenidən qruplaşdırılıb.
Avtomobilin təklif edildiyi güc qurğusu və transmissiyası dəyişməyib: Kia Cadenza ABŞ-da yalnız 294 at qüvvəsi və 343 Nm fırlanma anı hasil edəb atmosfer tipli 3,3-litrlik V6 mühərriki və 8-pilləli «avtomat» ilə təklif edilir. Kia mühəndisləri avtomobilin səs-küy və vibrasiya izolyasiyasının yaxşılaşdırıldığını, həmçinin yeni amortizatorlar sayəsində komfortun yüksəldiyini qeyd ediblər.
Cadenza modelinin top versiyası Amerikada təklif edilən model çeşidindən çıxarıldığına baxmayaraq, yenilənmədən sonra elektron köməkçilərin siyahısında azalma olmayıb: standart avadanlıqlar siyahısına doqquz təhlükəsizlik yastığı, adaptiv optika, kor zonalara nəzarət sistemi, «ağıllı» kruiz-kontrol və piyadaları aşkarlama funksiyasına malik olan avtomatik əyləcləmıə sistemi daxildir.
Yenilənmiş Kia Cadenza sedanının ABŞ bazarındakı satışlarına bir neçə aydan sonra başlanacaqdır. Yenilənmiş sedanın qiyməti hələlik elan edilməyib. Şimali Amerikada Kia Cadenza modelinə olan maraq azalır: son üç il ərzində Cadenza modelinin satışları təxminən dörd dəfə düşüb. 2019-cu ildə cəmi 1630 ədə sedan öz alıcısını tapib.