Mopar atelyesi JPP 20 adlandırılmış məhdud sayda buraxılacaq Jeep Wrangler modelini təqdim edib. Ofrouder Jeep Performance Parts hissələri və aksessuarları, o cümlədən asqının qaldırılması dəsti, bucurqad, köməkçi işıqlandırma ilə təchiz edilir və çətin yolsuzluq şəraiti üçün hazırlanmışdır.
Kiçik seriya ilə buraxılacaq Jeep Wrangler JPP 20 modeli ofrouderin dördqapılı modifikasiyasına əsaslanır. Xüsusi ofrouder boru qapıları, yeni xarici güzgüləri, yumşaq dam, Durabull poliuretan örtüyü ilə üzlənmiş polad lövhələrdən hazırlanmış kandar qoruyucuları ilə seçilir. Əlavə yedək qarmaqları, həmçinin nəmdən qorunması və sintetik trosu olan iJPP Rubicon bucurqadı quraşdırılmış polad bamper də yenidir.
Bundan əlavə, Wrangler JPP 20 modeli köməkçi avadanlığı idarə etmək üçün salonda quraşdırılmış dörd köməkçi açara və 240 amperlik dəyişən cərəyanlı generator ilə təchiz edilibdir. Eyni zamanda, ofrouder üçün liftinq dəsti, LED «çilçıraqlar» və beş variantda təkər diskləri nəzərdə tutulub. Salon tərtibatında Katzkin Toskana dərisindən istifadə olunur. JPP modelinin təchizatına Apple CarPlay və Android Auto tətbiqlərini dəstəkləyən Uconnect mediasistemi, baqaj bölümünün müdafiəsini təmin edən Mopar Cargo Tray Kit dəsti, drenaj kanalları olan döşəmə örtükləri daxildir.
Jeep Wrangler JPP 20 modelini istənilən mühərrik ilə sifariş etmək olar. Modelin mühərrik çeşidinə eTorque hibrid sistemi olan 2.0-litrlik «turbodördlük» (272 at qüvvəsi və 400 Nm), 3.0-litrlik V6 EcoDiesel (264 at qüvvəsi və 599 Nm) aqreqatı və 3.6-litrlik V6 Pentastar benzin(289 at qüvvəsi və 352 Nm) benzin mühərriki daxildir. Bütün aqreqatlar 8-pilləli TorqueFlite «avtomatı» ilə tandemdə çalışır.
Wrangler JPP 20 modelinin tirajı 2020 nüsxə ilə məhdudlaşacaqdır. Ofrouderə sifarişlər dilerlər tərəfindən bu ilin ikinci rübdən başlayaraq qəbul ediləcəkdir. İlk avtomobillər diler salonlarında yay aylarında nümayiş etdirilicəkdirlər. Xüsusi seriyadan olan avtomobillərin qsiymət daha sonra açıqlanacaqdır.