Toyota şirkəti Çikaqo avtosalonuna Şimali Amerika bazarı üçün nəzərdə tutduğu üç yeniliyi gətirib. Bunlar Nightshade Edition («gecə kölgəsi») tərtibatına malik olan Tacoma, Tundra və Sequoia modelləridir. «Gecə» seriyasından olan avtomobillər kuzovun qara rəngi və tündləşdirilmiş xromla örtülmüş eksteryer elementləri ilə fərqlənir.
«Qaranlıq» staylinq dəsti nəhayət Tacoma və Tundra pikaplarına, həmçinin Sequoia ofrouderinə də qismət olub. Xatırladaq ki, Toyota Corolla, Camry, 4Runner və Sienna kimi modellər artıq bənzər versiyaya sahibdirlər. Fərq ondadır ki, sadalanan avtomobillər üçün Nightshade Edition tərtibatı SE modifikasiyasında, Tacoma, Tundra və Sequoia üçün isə yalnız ən bahalı versiyalar üçün əlçatandır.
Stayliq dəstinin tərkibinə dəri qara ilə üzlənmiş oturacaqlar, tündləşdirilmiş radiator barmaqlığı, qara qapı tutacaqları və xarici güzgü gövdələri daxildir. Tacoma Nightshade Edition üçün 18 düymlük Dark Smoke diskləri nəzərdə tutulub. Tundra modeli üçün qara təkər diskləri və səsboğucu sistemin qara çıxış boruları nəzərdə tutulub. Sequoia modeli isə qara emblemlərə və tünd tünd xromdan moldinqlərə sahib olub. Bu modellərin boya palitrasına Midnight Black Metallic və ya Magnetic Grey Metallic rəngləri daxil edilibdir.