Ford Motor şirkəti ən yüksək səviyyədə kadr dəyişikliklərinin baş verdiyini açıqlayıb: şirkətin prezidenti və baş direktoru 65 yaşlı Cim Hakett hər iki vəzifədən istefa verəcəkdir. Onu şirkətin hazırkı icraçı direktoru 58 yaşlı Cim Farli əvəzləyəcəkdir. Farli vəzifələrinin icrasına 1 oktyabr tarixində başlamalıdır.
Son üç ildə Ford şirkətinin yeni strategiyası üzərində birlikdə işləyən Hakett və Farli, keçid dövründə də sıx şəkildə işləməyə davam edəcəklər. Eyni zamanda, Hakett şirkətdən yalnız 2021-ci ilin mart ayında ayrılacaqdır. Buna qədər isə o, xüsusi məsləhətçi vəzifəsini icra edəcəkdir.
Cim Hakett
Ford şirkətindən Cim Hakettin rəhbərliyi ilə şirkətin "ağıllı avtomobillərin yeni dövrünə qədəm qoyduğunu", müştərilərin istək və ehtiyaclarına daha çox diqqət yetirməyə başladığını, həmçinin əməliyyatların yenidən qurulması, məhsul xəttini yenilənməsi və bürokratiyanın azaldılması sayəsində işinin səmərəliliyinin artırıldığını qeyd ediblər. İdarə heyətinin sədri Bill Ford Cim Hakettə verdiyi töhfələrə görə təşəkkür edib. O, xüsusi olaraq, Hakettin Mustang Mach-E, yeni F-150 və Bronco modellərinin debütündə və elektrokarların, avtonom nəqliyyat vasitələri üçün real planlar hazırladığını vurğulayıb.
Cim Farli
Cim Farli Ford şirkətinə 2007-ci ildə Marketinq və satış şöbəsinin rəhbəri olaraq qatılıb. Sonradan o, Lincoln, Ford şirkətinin Cənubi Amerika və Avropa bölmələrinə rəhbərlik edib. Farli həm də bütün dünya bazarlarına da nəzarəti həyata keçirib. 2019-cu ilin aprelində Farli proqram təminatı, süni intellekt, avtonom idarəetmə və alternativ güc qurğularına cavabdeh olan qrupa rəhbərlik edib və 2020-ci ilin fevral ayında baş icraçı diektor vəzifəsinə təyin edilib. Hələlik, onu kimin əvəzləyəcəyi dəqiqləşdirilməyib.