Pagani şirkəti Huayra modelinin çin əjdahasının ikinci oğluna həsr edilmiş xüsusi variantını təqdim etmişdir. Bu Purple Carbon Pagani Huayra Dinastia seriyasından olan üç avtomobildən birincisidir. Avtomobilin uzun-uzadı adından da göründüyü kimi, o bənövşəyi karbondan hazırlanmış kuzovla və Tempesta dəsti ilə təchiz edilmişdir.

Bildiyimiz kimi, adı çəkilən Tempesta dəstinin qiyməti 181 min ABŞ dolları təşkil edir. Bu dəstlə təchiz edilmiş avtomobilin qiyməti bir milyon dolların üstündədir. Tempesta dəstinin tərkibinə karbondan hazırlanmış ön splitter və arxa diffuzor, öndə 20-düymlük, arxada isə 21-düymlük yüngülləşdirilmiş təkər diskləri daxildir. Superkar yaranan əlavə yerə basma gücü ilə tənzimlənən Ohlins amortizatorları ilə təchiz edilmiş təkmilləşdirilmiş asqı sistemi sayəsində mübarizə aparır.  Bununla belə, Pagani Huayra modeli texniki cəhətdən digər dəyişikliklərə məruz qalmamışdır. O, əvvəlki kimi 730 at qüvvəsinə və 100 Nm fırlanma anına malik olan, AMG şirkəti tərəfindən hazırlanmış, iki turbokompressorlu V12 mühərriki ilə hərəkətə gəlir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt