Dünən NextEV şirkətinin elektromobillər istehsal edən Nio markası 1360 at qüvvəli EP9 elektrik hiperkarının Nürburqrinqin «Şimal ilgəyində» vurduğu rekord yürüşünü yenilədiyini yazmışdıq. Bu gün çinlilər rekord yürüşünü təsdiqləyən videoçarxı yaymışdırlar.
Hiperkar treki 7 dəqiqə 5,12 saniyəyə qət etmişdir ki, bu da ona «Şimal ilgəyinin» ən sürətli elektrokarı titulunu gətirmişdir. Əvvəllər bu rekord Toyota tərəfindən hazırlanmış EV P002 yarış prototipinə məxsus idi. Toyota EV P002 dövrəni 7 dəqiqə 22,329 saniyəyə başa vurmuşdur. Bu dəfə isə, "Le Manın 24 saatı" marafonunun bürünc mükafatçısı olan Piter Dambrekin idarə etdiyi hiperkar 6 dəqiqə 45,9 saniyə zamanı qeydə almışdır. Bu Lamborghini Huracan Performante superkarının qeydə aldığı rekordan altı saniyə yeyindir.
Xatrıladaq ki, 640 at qüvvəli Lamborghini Huracan Performante superkarına "Şimal ilgəyini" 6 dəqiqə 52,01 saniyəyə qət etmişdir. Əvvəllər bu rekord Porsche 918 Spyder (6 dəqiqə 57 saniyə) məxsus olmuşdur. Qeyd etmək lazımdır ki, EP9 hiperkarının hazırlanmasında NextEV şirkətinin Formula E çempionatındakı komandasının mütəxəssisləri də iştirak etmişdirlər. Hiperkarın ümumi yollarda istifadəsi nəzərdə tutulsa da, Nio EP9 modeli FİA LMP1 kateqoruyası üçün təyin edilmiş təhlükəsizlik standartlarına cavab verir. Bildiyimiz kimi, LMP1 kateqoriyasında «Le-Manın 24 saatı» marafonunun ən yüksək səviyyəli prototipləri çıxış edir.
Nio EP9 modelinin çəkisi 1735 kiloqram təşkil edir. Yeni avtomobilin yürüş ehtiyatı 425 kilometrdir. Sıfırdan 100 km/saat həddinə hiperkar 2,7 saniyəyə sürətlənir. Avtomobilin maksimal sürəti 312 km/saata bərabərdir. Hiperkarın qiyməti 1,48 milyon dollar təşkil edir.