Koronavirusdan ciddi ziyan görmüş. Çin avtomobil sənayesi tədricən fəaliyyətini bərpa edir, lakin satışlar hələ də aşağı səviyyədədir. CNN-nin məlumatına görə, əvvəlki illərdə Çində ilk üç ayında altı milyona qədər avtomobil satılırdısa, 2020-ci ildə bu rəqəm 3,7 milyona çatıb. Satışa təkan vermək üçün əyalət rəhbərləri avtomobilin alışı üçün birbaşa ödənişləri də daxil olmaqla yeni güzəştləri tətbiq etməyə başlayılar.
Çin Avtomobil İstehsalçıları Birliyinin (CAAM) verdiyi məlumata görə, əsas prioritet satışları ən qısa müddətdə COVID-19 epidemiyasının başlamasından əvvəl qeydə alınmış göstəricilərə qaytarmaqdır. Bunun üçün əyalət və şəhərlərin rəhbərləri mövcud təşviq proqramlarından istifadə edə, habelə yenilərini təqdim edə bilərlər. Beləliklə, Pekin plug-in hibridlərin və elektrik avtomobillərin alıcıları üçün güzəştlər genişləndirilib və bəzi bələdiyyələr müştərilərə əlavə pul ödəməyi təklif etdilər - birbaşa subsidiyalar tətbiq olunub ki, onların da məbləği 1400 dollara çatır.
Çin Avtomobil Dilerləri Assosiasiyası araşdırma aparıb və salonlara gələnlərin sayının 34 faiz azaldığını aşkar edib. Bu da, öz növbəsində, ortalama ümumi gəlirə təsir edib - gəlirlər 36 faiz azalıb. Üstəlik, bu azalma təkcə avtomobil satışları üçün deyil, həm də servis və ehtiyat hissələrinin satışı üçün də xarakterikdir. İndi bu sahənin gəlirləri adi göstəricilərin yalnız 67 faizini təşkil edir.
Fevral və mart aylarında Çində yeni avtomobillərin satışları müvafiq olaraq 80 və 40,8 faiz azalıb. CAAM-dan verilən məlumata görə, birinci rübün nəticələri ötən illə müqayisədə 42 faiz aşağı düşüb.
Mənbə: CNN