Çin Qran Prisindən başlayaraq köhnə sırlama turlarına qayıdış nəinki təsnifat mərhələsinin, hətta yarışların da maraqlı keçəcəyindən xəbər verdi. İlk növbədə təsnifat mərhələsinin son dəqiqələrinə kimi gərgin mübarizə F1 azarkeşlərini sevindirməyə bilməzdi. Hər kəs səbirsizliklə yarış gününü gözləyir, qırmızı işıqların sönməsindən sonra izləyəcəkləri gərgin və həyəcanlı anları yaşamaq istəyirdi. Bu gün yarışı izləyənlər bir daha bu ilki mövsümün maraqlı keçəcəyi haqqında deyilənlərin şahidi oldular.
Elə startdan sonra ilk döngədə Red Bull Racing komandasının rusiyalı pilotu Daniil Kvyatın səyləri nəticəsində Ferrari pilotu Sebastyan Fettel komanda yoldaşı Kimi Rəykkonenlə toqquşdu. Nəticədə Ferrari komandasının fin pilotu qırılmış ön qanadı dəyişmək üçün pit-stopa yollanmalı və beləliklə peletonun sonuna düşmüş oldu. Startı ən yaxşı götürən pilotlardan biri də Kvyatın komanda yoldaşı Rikkardo idi. O startda Niko Resberqi üstələməyə müvəffəq olmuşdu.
İlk döngədəki qəza Vettelə də baha başa gəlmişdi. Alman pilot bu qəzadan sonra peletonun ortasında düşmüşdü. Bu döngədə yaranmış qarışıqlıqdan qüvvədə olan dünya çempionu Lyuis Həmilton da nəsibini aldı - Felipe Nasrın bolidi ilə toqquşan britaniyalı piloton ön qanadı sınmış oldu. Nəticədə o, Rəykkonenlə yanaşı sınmış ön qanadını dəyişmək üçün pit-stopa yollanmalı oldu. Pit-stopa yollananlar arasında birinci iki yarışda uğurlu nəticələrə imza atmış Qrojan da var idi.
Lakin, Red Bull komandasını sevinci çox çəkmədi - trekə səpələnmiş qırıtıların üzərindən keçən Rikkardonun bolidinin təkəri partladı və bundan istifadə edən Rosberq liderliyi isveçrəli pilotdan geri almış oldu. Bundan sonra alman pilotun qarşısında duran vəzifə liderliyi qoruyaraq rəqibləri ilə aranı açmaq idi. Mercedes-AMG komandasının pilotunun həyatını asanlaşdıran digər bir faktorun da onun əsas rəqibləri olan Həmilton, Fettel və Rəykkonenin geriyə düşməsi idi.
Düzdür, yarışın rəhbərliyinin, qırıntıların yığışdırılması üçün təhlükəsizlik avtomobilini buraxması da bir çox pilot üçün yarışın həlledici anlarından biri oldu. Pilotlar əksər hissəsi yaranmış vəziyyətdən istifadə edərək təkərlərini dəyişlək üçün pitə yollandılar.
Doqquzuncu dövrədə restart verildikdən sonra çoxlu ötmələrin şahidi olduq. Misal üçün, Kvyat Alonsonu keçərək üçüncü yerə çixmağa müvəffəq oldu. 10-cu dövrədə birinci onluq belə sıralanmışdı: Rosberq, Massa, Kvyat, Alonso Verlyayn, Qutyerez, Peres, Bottas, Batton, Fettel.
Ümumiyyətlə, keçirilmiş üç mərhələdə ən çox ötmələrin olduğu yarış məhz Çin Qran Prisi oldu. Geriyə düşmüş Rikkardo, Rəykkonen, Həmilton və Fettel daha aktiv idilər. 12-ci dövrədə Bottasla mübarizə aparan Fettel yüngül toqquşma nəticəsində bir qədər bundan öncə dəyişdiyi ön qanadı yenidən zədələmiş oldu. 13 dövrədə Həmilton Rikkardo ilə mübarizə aparsa da onu keçməyə müəssər olmadı, amma Fettel Peresi keçərək beşinci yerə yüksəlmiş oldu. Elə bu dövrədə də Kvyat Massanı keçərək ikinci yeri ondan almış oldu.
15-ci dövrədə Rəykkonen , 16 dövrədə isə Verlyayn pit-stopa getdilər. 18-ci dövrədə Massanı haqlayan Fettelin braziliyalıya hücum etmək şansı olsada, alman pilot pit-stop etməyə üstünlük verdi. 20-ci dövrədən sonra sıralamada vəziyyət belə idi: Rosberq, Kvyat, Massa, Bottas, Sayns, Rikkardo, Həmilton, Batton, Verstappen və Fettel.
25 dövrədən sonra birinci olnuq belə sıralanmışdı: Rosberq, Kvyat, Fettel, Batton, Massa, Peres, Bottas, Rikkardo, Syans, Rəykkonen. 27-ci dövrədə Rikkardo əvvəlcə Battonu, sonra isə Saynsı ötdü. Elə həmin dövrədə də Bottas Peresi, Ferstappen Alonsonu ötmüş oldular.
Hülkenberq, Batton və Verlyayn pit-stopa yollandılar. 29-cu dövrə ilə 35-ci dövrə arasında pit-stoplar dalğası başlandı. 37-ci dövrədə Fettel Kvyatı keçərək ikinci yerə yüksəldi. 45-ci dövrədən sonra birinci onluqda Rosberq, Fettel, Kvyat, Rikkardo, Massa, Həmilton, Rəykkonen, Bottas, Peres və Sayns sıralanmışdırlar.
47-ci dövrədə Rəykkonen əlvvəlcə Həmiltonu, sonra isə Massanı keçərək beşinci yerə yüksəlməyə müvəffəq oldu. Yarışın sonuna kimi ilk beşlik dəyişilməz qaldı. Beləliklə, Niko Rosberq rahatlıqla yarışı qazanaraq liderliyini möhkəmləndirmiş oldu. Damalı bayrağı görənlər arasında birinci onluğa yuxarıda adını çəkdiyimiz beş pilotdan savayı Massa, Həmilton, Ferstappen, Sayns və Bottas daxil oldular.
Mövsümün üçüncü yarışından sonra pilotlar çempionatında turnir cədvəlinə 75 xalla Niko Rosberq başçılıq edir. Onu 39 xalla komanda yoldaşı Həmilton və 36 xal toplamış Rikkardo təqib edirlər. Ferrari poltları Fettel və Rəyykonen 4-cü və 5-ci yeri bölüşdürürlər. Konstruktorlar kubokunda ilk yeri 114 xalla Mercedes-AMG F1 Team tutur. Onu 61 xalla Scuderia Ferrari və 57 xalla Red Bull Racing komandası təqib edir.












