Hava Çin Qran Prisinin maraqlı keçəcəyi barədə xəbərdarlığı yarışdan öncə başlayan yağmurla bildirmişdi. Bununla belə, yarışın başlamasına bir müddət qalmış yağış kəssə də, Şanxaydakı trekin asfaltının bir hissəsi qurusa da, yaş hissələr çoxluq təşkil edirdi.

Elə bu səbəbdən də Karlos Sayns (Toro Rosso) istisna olmaqla bütün pilotlar aralıq yağış şinlərində start götürməyə üstünlük vermişdilər. Start hadisəsiz ötüşsə də, SuperSoft təkərləri ilə yarışa başlayan Saynsın seçiminin bərbad olduğunu ortaya çıxardı - demək olar ki, bütün peleton ispan pilotun yanından ötüb keçdi. Fettel (Scuderia Ferrari) yarışın başlağıcında «cibdə» düzgün dayanmadığı üçün bir müddət cəza almaq təhlükəsi ilə yarışırdı. Yaxşı stüardlar dördqat dünya çempionunu cəzalandırmamaq qərarına gəldilər. 

Bu arada Serxio Peres (Force İndia) Lens Strollun (Williams) bolidini vuraraq onun yarışdan çıxmasına və virtual təhlükəsizlik avtomobili (VTA) rejiminin elan olunmasına səbəb oldu. Bu dəfə də stüardlar ürəyiyumşaqlıq göstərib Peresi cəzalandırmadılar. Artıq üçüncü dövrədə pit-stoplar başladı və pilotlar Soft və SuperSoft təkərlərinin arxasınca yollandılar.

Bu pilotların arasında Həmiltonun yaxın təqibçisi olan Fettel də var idi.

VTA rejiminin yenicə qaldırılmışdır ki, Sauber komandasının gənc pilotu Antonio Covinazzi start düzlüyündə idarəetməni itirib baryerlərə çırpıldı.

Təhlükəsizlik avtomobili rejimindən istifadə edən Həmilton və sliklərə keçməyən digər pilotlar pit-stopa yollandılar. Bu qəza demək olar ki, yarışın taleyinin həll edildiyi an oldu. Ferrarinin strategiyasını alt-üst edən hadisə böyük ehtimalla bizi Həmilton - Fettel qarşıdurmasından məhrum etdi. Bu arada Valteri Bottas (Mercedes-AMG) növbəti sürprizə imza atdı - TA arxasınca gedən fin pilot boidinin iadrəetməsini itirərək onun yerində fırlanmasına səbəb oldu və 12 yerə qədər gerilədi. 10-cu dövrədə ilk onluq belə sıralanmışdı: Həmilton, Rikkardo, Ferstappen, Rəykkonen, Fettel, Sayns, Alonso, Peres, Maqnussen və Kvyat.

Qeyd etmək lazımdır ki, yağışlı havada əla pilotaj göstərən Ferstappen (Red Bull Racing) 16-cı yerdən üçüncülüyə qədər yüksələ bilmişdi. 

Maks bununla kifayətlənməyərək komanda yoldaşı Rikkardonu da arxa qoydu. Maks komanda yoldaşından sürətlə uzaqlaşsa da, Rəykkonen və Fettel ikilisi uzun müddət Rikkardonun arxasında vaxt itkisinə məruz qaldılar.

Ən təəccüblüsü də Sebastyanın Kimidən sürətli olmasına baxmayaraq, fin pilot komanda yoldaşına keçmək imkanı vermədi. Yeri gəlmişkən, Ferrari körpücüyündən də pilotlarının yerdəyişməsi barədə əmr gəlmədi. Halbuki, Fettel vaxtında Kimi Rəykkoneni ötsə idi, onun Həmiltonla birinci yer uğrunda mübarizə şansı ola bilrədi. Fettel isə 20-ci dövrədə əvvəlcə komanda yoldaşını, iki dövrədən sonra isə gözəl manevrlə  

Rikkardonu keçməyi bacardı. Lakin, artıq şans əldən verilmişdi.  20-ci dövrədə Torro Rosso komandasının rus pilotu Dənil Kvyat avtomobilini yol kənarındakı «ciblərin» birində dayandıraraq yarışa vida etdi.  28-ci dövrədə Ferstappeni yaxalayan Fettel Maksın səhvə yol verməsinə səbəb oldu. Şinlərini korlayan Ferstappen pit-stopa yollanmalı oldu. Bu Fettelə Həmiltonu təqib etməsi üçün şərait yaratdı.

30-cu dövrədə ilk onluq belə sıralanırdı: Həmilton, Fettel, Rikkardo, Raykkonen, Bottas, Ferstappen, Alonso, Sayns, Magnussen və Peres. Təzə şinlər sayəsindəMaks asanlıqla Bottası ötməyi bacardı. Maksın sürətini görən Fettel və Həmilton da yeni təkərlərin arxasınca yollandılar. 

35-ci dövrədə yarışda avtomobili qəhrəmancasına savaşan Alonso növbəti dəfə xəyanət etmiş oldu. Yarışı səkkizinci davam etdirən ispan pilot növbəti dəfə texnikanın nasazlığı ucbatından yarışı tərk etdi. Yeni təkərlərə keçmiş Həmilton, Fettel və Bottas yeyin zamanlar göstərsələr də, bu öndəki pilotların mövqeyinə heç bir təsir göstərmədi. Yarışın birməsinə altı dövrə qalmış Rikkardo komanda yoldaşını haqlasa da onu keçə bilmədi. Lakin, hər iki pilot Red Bull içkisinin gen-bol reklamına səbəb oldular. 

Artıq şübhə yoxdur ki, çempion titulu uğrunda yarış Mercedes və Ferrari pilotlarının gərgin mübarizəsi şəraitində keçəcəkdir. Alman komandası əvvəlki kimi böyük üstünlüyə malik deyildir. Əsas sözü düzgün qəbul edilmiş strategiya və Red Bull komandasının pilotları deyəcəkdirlər. Çünki ilk iki yarışda bu pilotların arxasına düşmüş liderlər qələbəni əldən vermişdirlər. Demək ki, bu il Ferstappen və Rikkardo pivə sarıdan korluq çəkməyəcəkdirlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt