2026-cı ilin 1 yanvar tarixindən etibarən Çindən işlənmiş, lakin yürüyüşü olmayan avtomobillərin ixracı dayandırılacaq. Belə nəqliyyat vasitələri yerli bazarın fərqli və olduqca əhəmiyyətli bir seqmentinə çevrilib. Belə avtomobillər əksər hallarda zavodları tamamilə yeni, qoruyucu örtük, sıfır yürüş və yeni nəqliyyat vasitəsinin digər əlamətləri ilə tərk edirlər.
Çin rəsmiləri iddia edirlər ki, bu təcrübə bəzi şirkətlərə daxili satış rəqəmlərini şişirtməyə imkan verir: yeni məhsul treyderlərə göndərilir, bundan sonra isə, avtomatik olaraq o istifadə olunmuş avtomobilə çevrilir. Daha sonra isə, treyder ixracı həyata keçirir.
“Carnewschina” nəşrinin bildirdiyinə görə, 2025-ci ilin sonuna qədər Çindən işlənmiş avtomobil ixracı 500.000 ədədi keçə bilər ki, bunların 70-80 faizi yuxarıda qeyd olunan "istifadə olunmamış" nəqliyyat vasitələridir.
1 yanvar 2026-cı il tarixindən etibarən avtomobil ixrac etmək üçün ilkin qeydiyyatdan 180 gündən çox vaxt keçməlidir, eyni zamanda, istehsalçıdan məhsullarının ixracına razılıq verməsi tələb olunacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.








