Toyota Camry sedanının yeni nəsli cəmi bir il əvvəl debüt edib, lakin bu model artıq müxtəlif bazarlarda satılır. Məsələn, Çində özünəməxsus xüsusiyyətlərə malik olan lokallaşdırılmış və uyğunlaşdırılmış Camry sedanı istehsal olunur. Bu yaxınlarda GAC-Toyota müştərək müəssisəsi Toyota Camry Glorious adlı yeni xüsusi versiyanı təqdim edib. Glorious tərcümədə “möhtəşəm” və ya “şanlı” mənasını verir.
Glorious versiyasının əsas xarici fərqi tutqun boz rəngə boyanmış kuzovudur. Bütün firma emblemləri və nişanlari qara rəngdədirlər. Sedan həmçinin splitter, kandar örtükləri, diffuzor və digər radiator barmaqlığından ibarət olan əlavə kuzov dəstini alıb. Üstəlik, orijinal dizaynlı 19-düymlük təkər diskləri təklif olunurlar.
Toyota Camry Glorious sedanının interyeri məxmər əlavələri olan həqiqi dəri ilə üzlənib. Ön panelin və qapı kartlarının kontur işıqlandırması xüsusi naxışı yayan xüsusi rejimi əldə edib. Əlbəttə ki, "möhtəşəm" sedan proyeksiya displeyi, panoram dam və qabaqcıl Dynaudio audio sistemi də daxil olmaqla, maksimal təchizata malikdir. Arxadakı VIP sərnişini əlavə yerlə təmin etmək üçün, ön kreslonu irəli çəkməyə imkan verən xüsusi “boss düyməsi” quraşdırılıb.
Xüsusi versiya tərkibinə 2,0-litrlik atmosfer mühərriki (177 at qüvvəsi) və elektromexaniki variator daxil olan hibrid güc qurğusu ilə təchiz edilir. Onun ümumi hasilatı 197 at qüvvəsi və 188 Nm təşkil edir. Ötürmə yalnız ön oxadır. Bununla belə, Camry Çində ümumi hasilatı 230 at qüvvəsi olan 2,5-litrlik atmoisfer mühərrikinə əsaslanan daha güclü hibrid versiyada təklif edilir.
Çin bazarında Toyota Camry Glorious 203 min yuana (28 min dollar) başa gəlir. Qeyri-təvazökar adlı yeni versiya bir vaxtlar məşhur olan sedanın satışını canlandırmaq üçün nəzərdə tutulub, çünki nəsil dəyişikliyindən dərhal sonra onun satışları aşağı düşüb. Bununla belə, Çin bazarındakı zəif satış nəticələrinin əsas səbəbi yerli modellərdir - xüsusən də, getdikcə populyarlaşan elektromobillər və təkrar doldurulan hibridlər rəqabətin artmasına gətirib çıxarıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.