Ford şirkəti çin bazarında təklif etdiyi Taurus modelini yeniləyib. Əslində, “çinli” Taurus əksərən Amerikada satılan Fusion modeli ilə unifikasiya edilib. Ən maraqlısı isə, çində satılan avtomobilin yeddinici nəsil olmasına baxmayaraq, amerikalılar hələ də köhnəlmiş D3 platformasında inşa edilmiş altıncı nəsil ilə kifayətlənməli olurlar.
Yenilənmiş sedan ölçüləri kiçildilmiş və aşağı hissəsi yumrulanmış radiator barmaqlığı və ön fənərlərin dəyişmiş tərtibatı ilə seçilir. Arxada isə tamamilə yeni fənərlər və baqaj qapağı quraşdırılıb. Yenilənmiş modelin ölçüləri bir qədər artıb: onun qabarit uzunluğu 5018 millimetr (+22), eni – 1884 millimetr (+6), hündürlüyü isə 1506 millimetr (+3) təşkil edir. Təkər bazası dəyişməyib – 2949 millimetr.
Bundan başqa, Çində satılan Ford Taurus dəbdəbəli Vignale versiyasına da malik olub. Bu modifikasiya xrom radiator barmaqlığı, lyuku olan qara dam və eksklyuziv 19-düymlük təkər diskləri ilə təchiz edilir.
Texniki hissədə gözlənilən yeniliklərdən biri səkkiz diapazonlu avtomatik ötürmələr qutusudur. Bu qutu altı pilləli variantı əvəzləyəcəkdir. Mühərriklərə gəldikdə isə, 245 at qüvvəsi və 350 Nm fırlanma anı hasil edən mühərrik yerini qoruyub-saxlayıb. 181 at qüvvəsinə və 240 Nm-ə malik olan 1,5-litrlik mühərrikin taleyi isə hələlik qaranlıq qalır.
Yenilənmiş Ford Taurus sedanının istehsalına ilin sonunda başlanmalıdır.