Lexus ənənələrə hörmət edir və buna görə də ikinci dəfə yenilənən Lexus ES sedanının premyerası üçün Quançjouda keçirilən avtosalon seçilib. Belə sədaqət qarşılıqlıdır, çünki bütün Lexus ES modellərinin təxminən yarısı Çində satılıb və onların sayı artıq bir milyonu keçib! Odur ki, planlaşdırılmış növbəti restaylinqin Çindəki müştərilərin zövqünü nəzərə alınmaqla həyata keçirilməsində təəccüblü bir şey yoxdur.

Yenilənmiş Lexus ES matrisa faralarının formasını saxlayıb, lakin onlar iki bölməli gündüz hərəkət işıqları olan yeni tərtibatı alıblar. Firma radiator barmaqlığı Lexus RX krossoveri üslubunda yeni naxışı alıb və yan tərəflərdə yerləşən “hava kanalları” daha böyük olublar. Arxa fənərlərin də LED tərtibatı dəyişdirilib, hazırda dəbdə olan “ bütöv qaş” böyüdülüb. Loqo əvəzinə arxa tərəfdə böyük “Lexus” yazısı peyda olub.

İnteryer “gənc çinli alıcıları” sevindirmək üçün yenilənib, ona görə də, indi burada media sisteminin böyüdülmüş mərkəzi ekranını görmək olar: indi restaylinqdən əvvəlki modeldə olan 8,0 və ya 12,3 düymlük displeylərin əvəzinə 14 düymlük ekran quraşdırılıb. Bu səbəbdən də əvvəllər ekranın altında yerləşən analoq düymələrinin əksəriyyətindən imtina edilib. Onların əvəzlənməsi qismən təkmilləşdirilmiş səs idarəetməsinə həvalə olunub. 

Ancaq üç fırlanan dəstək peyda olub (onlardan ikisi iqlimə nəzarət sisteminə cavabdehdir), havalandırma deflektorları bir qədər aşağı köçürülüblər. Transmissiya selektoru formasını dəyişib, lakin ənənəvi olaraq qeydə alınan qalıb. Nəhayət, iki rəngli tərtibat da daxil olmaqla, yeni interyer tərtibatı variantları elan edilib.

Çində Lexus ES sedanının cəmi iki versiyası qalıb. ES 200 baza sedanı 2,0-litrlik M20A-FKS (173 at qüvvəsi, 206 Nm) atmosfer mühərriki ilə təchiz edilir, ona “mexaniki” birinci pilləsi olan Direct Shift variatoru kömək edir. Lexus ES 300h hibridi əvvəlki kimi dördsilindrli 2,5-litrlik (178 at qüvvəsi, 221 Nm) benzin aqreqatı və elektrik mühərriki (120 at qüvvəsi, 202 Nm) ilə təchiz olunur. Sistemin ümumi gücü 218 at qüvvəsinə bərabərdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yenilənmiş Lexus ES sedanlarını artıq Çində 300 - 489 min yuan (41,5 – 67,7 min dollar) arasında dəyişən qiymətlərlə sifariş etmək olar. Tezliklə digər bazarlar üçün nəzərdə tutulmuş avtomobillər də yenilənəcəklər.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.