GAC-Toyota birgə müəssisəsi artıq Səma İmperiyasında özünün potensial bestselleri olacaq Camry XV80 sedanına sifarişləri qəbul edir. Başlanğıc qiymətlər məlumdur: 2,0-litrlik atmosfer mühərriki və variatoru olan baza sedanının qiyməti 173 800 yuandan (41 400 manat) başlayır. Eyni 2,0-litrlik mühərrikə əsaslanan hibrid güc qurğusu ilə təchiz edilmiş versiya isə, ən azı 181 800 yuana (43 200 manat) başa gələcək. Beləliklə, yapon sedanının başlanğıc qiymət 3,3% ucuzlaşıb.

Çində buraxılacaq Toyota Camry sedanı Şimali Amerika bazarı üçün nəzərdə tutulmuş modeldən eksteryer və interyer dizaynı ilə fərqlənir. Mühərrik çeşidində də fərqlər var: 173 at qüvvəli 2,0-litrlik mühərrik və 10 pilləni təqlid edən variator qorunub saxlanılıb. Bu sedan qarışıq WLTC dövründə 100 kilometrə 5,8-6,1 litr AI-92 benzini sərf edir, dörd təchizat səviyyəsinə malikdir və onun top versiyasının qiyməti 198 800 yuan (47 200 manat) təşkil edir.

Alternativ olaraq gücü 152 at qüvvəsinə qədər azaldılmış atmosfer mühərriki və elektromotoru olan Toyota Camry hibrididir. Hibrid qurğu 197 at qüvvəsi hasil edir və qarışıq WLTC dövründə 100 kilometrə 4,2-4,5 litr AI-92 benzini sərf edir. Hibridin qiyməti bir qədər yüksəkdir və 208 800 yuana (49 600 manat) çatır. Mühərrik növündən asılı olmayaraq, Camry XV80 adi bamperlər və ya idman paketi ilə gəlir.

Çində satılan Toyota Camry sedanının təchizatına 10 təhlükəsizlik yastığı, proyeksiya ekranı, üzün tanınması sistemi, qızdırılan və havalandırılan ön oturacaqlar, panoram dam, qadcetlərin simsiz doldurması, virtual cihazlar paneli, zolağa nəzarət sistemi, yol nişanlarının tanınması və avtomatik əyləcləmə funksiyası daxildir. 2,5-litrlik mühərrikə əsaslanan hibrid güc qurğusu ilə təchiz edilən top versiyanın texniki xüsusiyyətləri hələlik açıqlanmayıb: o, daha sonra satışa çıxarılacaq.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Toyota Camry sedanın iki nəsli hələ də Çində paralel olaraq satılır.  Ən maraqlısı odur ki, təqaüdə göndərilən XV70 sedanının qiymətləri bir qədər yüksəkdir və 179 800 yuandan başlayır (42 800 manat). Bununla belə, çoxsaylı opsiyalar sayəsində, yeni modelin top versiyası daha bahalı olacaq. Toyota Camry XV80 sedanı birinci rübün sonuna qədər Çindəki dilerlərin şourumlarıda peyda olmalıdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.