Çin brendi olan Lifan yaxın gələcəkdə öz fəaliyyətini dayandıra bilər. Bu barədə məsələdən agah olan mənbələrinə istinadən “Rossiyskaya qazeta” xəbər verib. Nəşrin həmsöhbətinin bildirdiyinə görə Çindəki zavodlardan biri bağlanıb, digəri isə satılıbdır. Üstəlik, oktyabr ayında yerli dilərlər 10 avtomobil belə sata bilməyiblər.

Keçən ay şirkəti satışlar üzrə antirekorda imza atıb və Çindəki avtoistehsalçıların reytinqindəki sonuncu yeri tutub. Şirkət cəmi altı avtomobil satıb. Digər məlumatlı mənbə isə, Lifan şirkətinin mümkün müflis olmasından xəbər verib. Onun sözlərinə görə bunun səbəbi marka avtomobillərinin aşağı keyfiyyəti, satışların düşməsi və artan xərclər olub.

Qeyd etmək gərəkdir ki, Çin KİV-ləri aralarında Lifan şirkətinin də olduğu dörd yerli avtoistehsalçının müflis elan ediləcəyi barədə xəbəri yayıblar. Bu xəbərə münasibət bildirən Lifan şirkətinin ictimayyətlə əlaqələr şöbəsinin rəhbəri şayiələrin əsassız olduğunu bildirib. Eyni zamanda, şirkət rəsmisi istehsalçının  çətinliklərlə üzləşdiyini etiraf edərək, yerli hökumətin köməkliyi ilə bu problemləri aradan qaldırmağa cəhd etdiklərini də söyləyib.