Geely şirkətini yaradan çinli iş adamı Li Şufu alman Daimler AG konserninin ən iri səhmdarı olub. Volvo, Proton və Lotus markalarının sahibi alman konserninin 9,69 fazilik səhmlər paketini (103619340 ədəd səhm) əldə edib.
Daimler AG konserni paketin satışını təsdiqləsə də, sövdələşmənin məbləğini açıqlamayıb. Bununla belə, Reuters agentliyi Şufunun bu səhmləri əldə etmək üçün 9 milyard dollar sərf etdiyini bildirib. Agentlik Geely menecerlərinin yaxın zamanlarda Daimler AG rəhbərliyi ilə görüşüb gələcək əməkdaşlıq planlarını müzakirə edəcəyini də bildirib. Lakin, çin iş adamı alman istehsalçısındakı iştirak payını artırmağı düşünmür. Li Şufu öz şirkətinin Daimler AG konserni ilə elektromobillərin və avtonom idarə etmə sistemlərinin yaradılması sahəsində əməkdaşlıq edəcəyini qeyd edib.
Fevral ayının əvvəlində Geely şirkətinin Daimler AG konserninin iri səhm paketini almaq arzusunda olduğnu bildirmişdik.