BMW i8 layihəsinin keçmiş rəhbəri Karsten Braytfeld və Infiniti şirkətinin Çin nümayəndəliyinin keçmiş rəhbəri Dəniel Kirher tərəfindən yaradılan Byton startapı Las-Veqasda keçirilən CES sərgisində elektrik krossoverinin prototipini nümayiş etdiriblər.
49-düymlük cihazlar panelinə və fitnes-trekerlərə qoşulma imkanına malik olan prototipin seriya variantı 2019-cu ildə işıq üzü görməlidir. Cihazlar panelinin ölçüləri 125x25 santimetrdir. 49-düymlük displeydə sürücü və sərnişinlərin profilləri haqqında məlumat, naviqasiya sisteminin məlumatları, avtomobilin daxili sistemlərinin parametrləri və yan güzgülər rolunu ifa edən kameralardan alınan görüntülər əks etdirilir.
Krossover sürücü və sərnişinləri tanıyan sistemlə təchiz edilib: orta dayaqlara üç kamera quraşdırılmışdır ki, onlar da sərnişinləri üzündən tanıyaraq qapıları açır və avtomatik olaraq klimat-kontrol, multimedia sisteminin, həmçinin oturacaqların “sevimli” parametrlərini tənzimləyir.
Avtomobilin salonunda səs və jestlər ilə də əmrlər vermək də olar.
Krossoverin təchizatına Amazon Alexia virtuaıl yardımçısı, 5G mobil şəbəkəsinə qoşulma funksiyası və üçüncü səviyyə avtopilot sistemi daxildir. Bununla belə, şirkət nümayəndələri avtomobilin dördüncü səviyyə avtonomluğu dəstəkləyən avadanlıqla təchiz ediləcəyini də bildiriblər.
Bundan başqa, krossoveri Byton şirkətinin bulud platformasına da qoşmaq, həmçinin sürücü və sərnişinlərin qadjetlərini sinxronlaşdırmaq da mümkün olacaqdır.Bu platformanın köməkliyi ilə fərdi xidmətlərə və tənizmləmələrə daxil olmaq, həmçinin digər əlavələri yükləmək də olar.
Byton krossoverinin maraqlı xüsusisiyyətlərindən biri Health sistemi olacaqdır. Avtomobil fitnes-treker və ağıllı saatlara qoşularaq ürək ritminə, bədənin çəkisinin dəyişməsinə, oksigen bolluğuna və təzyiqə nəzarət edəcəkdir. Bundan başqa, sistem sürücünün cari vəziyyətinə uyğun olaraq “düşünülmüş məsləhətlər” də verəcəkdir.
“Ağıllı və hissiyatlı nəqliyyat vasitəsi” (Smart Intuitive Vehicle) kimi səciyyələndirilən krossover iki modifikasiyada təklif ediləcəkdir. Standart arxadan çəkişli avtomobil 71 kilovat-saatlıq batareya ilə təklif ediləcəkdir. Belə krossover dolu batareyalar ilə 402 kilometr qət edəcəkdir. Tam çəkişli top-modifikasiya isə 95 kilovat-saatlıq batareyaya və 523 kilometrlik yürüş məsafəsinə malik olacaqdır. Byton modelinin baza variantının batareyasının 80 faizinin doldurulmasına 30 dəqiqə gərəkdir. Seriya krossoveri ABŞ-da 2020-ci ildə təklif ediləcəkdir. Onun qiyməti 45000 dollar olacaqdır.
Byton markası Çinin Future Mobility Corporation (FMC) şirkətinə məxsusudur. Onun əsasə səhmdarlarından biri Tencent telekommunikasiya holdinqidir. Byton şirkətinin mənzil-qərərgahı Çində, dizayn-studiyası isə Münhendə yerləşir. Proqram təminatının və avtonom idarəetmıə sistemlərinin hazırlanması ilə Kaliforniyanın Santa-Klar şəhərindəki ofisin əməkdaşları məşğuldur.