Çin jurnalistləri ilk BMW M elektrik krossoverinin eksteryer dizaynını və xarakteristikalarını açıqlayıblar. Autohome portalı BMW iX M60 krossoverinin rəsmişəkillərini ddərc edərək onun güc qurğusunun hasilatını açıqlayıb - ikimühərrikli güc qurğusu 619 at qüvvəsi və 1100 Nm fırlanma anı hasil edir. Krossoverin top versiyası dolu batareya ilə 575 kilometr (WLTP) məsafə qət edə bilər. Elektrik krossoveri 100 km/saat həddinə 3,8 saniyəyə sürətlənir, onun makisimal sürət həddi isə 250 km/saatdır.
BMW M bölməsinin ilk elektrik krossoveri yanvar ayında keçirilən İstehlak elektronikası sərgisində (CES) debüt etməli idi, lakin alman markası pandemiyanı əsas gətirərək sərgidə iştirakdan imtina etdi və iX M60 modelinin onlayn formatda təqdim ediləcəyini bildirdi.
BMW iX M60 modelinin eksteryerini və əsas parametləri sirr kimi saxlamaq mümkün olmayıb. Lakin krossoverin eksteryer və interyeri zəngin təchizata malik olan iXxDrive40 və ya iX xDriive50 krossoverrlərində olduğu kimidir. Top versiyanı bürüc aksentləri, qanadlardakı M emblemləri və beşinci qapıdakı M60 leybli sayəsində tanımaq olar.
Batareyanın tutumu hələlik açıqlanmayıb, lakin görünən odur ki, iX M60 modeli də “əlli” modelində olduğu kimi 105,2 kilovat-saatlıq batareya malik olacaqdır. Elektromotorların başqa tənizmləmələri sayəsində krossoverin 575 kilometrə qədər, 100 km/saata sürətlənməyi isə 3,8 saniyəyə qədər azalıb.
Makismal sürət isə əksinə 50 km/saat artıb. Çox güman ki, elektrik M krossoveri tam idarələnən şassiyə malik olacaqdır, lakin bunun rəsmi təsdiqi yoxdur.
BMW iX M60 krossoverini bir həftə ərzində təqdim etməlidirlər. Jurnalistlər krossoverin 2022-ci ilin yayında satışa çıxarılacağını ehtimal edirlər.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.