Çinin Dongfeng konserni 680 at qüvvəli Voyah Free elektrik krossoverini nümayiş etdirib. Güc yeni krossoverin yeganə üstünlüyü deyil: avtomobilin eksteryer dizaynı üzərində məşhur Italdesign atelyesinin mütəxəssisləri çalışıblar. Üstəlik, Free modelinin yürüş ehtiyatı 860 kilometrə çatır və modelin təxmini qiyməti 400 min yuandır. Beləliklə, Voyah Free modeli ölçüsünə görə müqayisə edilə bilən BMW X5 krossoverindən iki dəfə ucuzdur.
Voyah Free krossoveri, sentyabr ayında Pekin avtosalonunda təqdim olunmuş i-Free konseptinin seriya versiyasıdır. Modelin əsasını yeni ESSA (Electric Smart Secure Architecture) skeytbord-platforması təşkil edir ki, bu da ön tərəfdə ikiqollu, arxada isə çoxqollu asqının və oxlar arasında yerləşdirilmiş dartma batareyasınin olması deməkdir.
Ölçüləri baxımından Voyah krossoverini hazırkı BMW X5 modeli ilə müqayisə etmək olar: krossoverin uzunluğu 4905 millimetr, eni -1950 millimetr, hündürlüyü isə1690 millimetr təşkil edir. Krossoverin oxları arasındakı məsafə 2955 millimetrdir. Kuzov nisbətləri baxımından elektromobil daxili yanma mühərriki ilə təchiz edilmiş rəqiblərindən fərqlənmir: Italdesign studiyası uzun kapotu və universal kuzovunu saxlayaraq, yaxşı aerodinamik müqavimət əmsalını əldə edib - Cx = 0,28. Müqayisə üçün, BMW X5 (G05) modelində bu rəqəm 0,31-dir.
Voyah Free-in xarici görünüşü lakonikdir, lakin krossoverin çöhrəsində epataj və aqressivlikdən əsas-əlamət yoxdur. Hərçənd, avtomobilin güc xarakteristikası idmana üstünlük verməyə imkan yaradır. Dongfeng, şirkəti ikimühərrikli tamötürməli modifikasiyanın güc göstəricilərini açıqlayıb - 680 at qüvvəsi və 1000 Nm! Krossoverin tam çəkisi açıqlanmır, ancaq Voyah Free krossoveri olduqca ağırdır. Krossover 100 km/saatı 4,8 saniyəyə toplayır və 200 km/saatlıq maksimal sürətə malikdir.
Elektrokarın elan edilmiş yürüş ehtiyatı baza versiyası üçün NEDC dövrünə əsasən 500 kilometr təşkil edir. "Ekstender" rolunda çıxış edən 109 at qüvvəli 1,5-litrlik benzin mühərriki ilə təchiz edilmiş ardıcıl hibrid modifikasiyanın yürüş məsafəsi isə 860 kilometrdir.
Voyah subbrendi premial sayılır, buna görə də Free krossoveri zəngin avadanlıq siyahısına malikdir. Voyah Free modelinin standart təchizatına pnevmoasqı, adaptiv kruiz-kontrol, dörd zonalı klimat-kontrol, havalandırma, qızdırılma və masaj funksiyası olan elektriklə tənzimlənən multikonturlu ön oturacaqlar daxildir.
Salon beş nəfər üçün nəzərdə tutulub - sürücü və sərnişin kreslolarını "süzən" tunel ayırır. Ön paneldə bir şüşə altında birləşdirilmiş üç ekran var. Məlumat-əyləncə kompleksi jestləri və səsli əmrləri tanımaq qabiliyyətinə, Face ID texnologiyasına və hava üzərindən yenilənmə funskiyasına malikdir. Dongfeng, Voyah Free modelinin 20 (!) sürücüyə yardım sistemini, ağıllı naviqasiya sistemini, aktiv gecə görmə texnologiyasını və sair sistemləri alacağını iddia edir.
Yeni krossoverin təchizat səviyyələri və qiymətləri varədə məlumat 2021-ci ilin birinci yarısında açıqlanacaqdır. Voyah Free gələn ilin üçüncü rübündə Çində satışa çıxarılacaqdır. 400 min yuanlıq (103 min manat) başlanğıc qiyməti çox cəlbedici görünür, çünki Çində BMW X5 modeli 860 min yuandan, Audi Q7 modeli isə 689 min yuandan başlayan qiymətlər ilə satılırlar.