Bunu Geely brendinin Weibo sosial şəbəkəsində paylaşdığı satış məlumatları sübut edir. Söhbət dördüncü nəsil kimi mövqeləndirilən Atlas krossoverindən gedir, lakin əslində bu, yenilənmiş görünüşə malik olan üçüncü nəsil modelin modernləşdirilmiş versiyasıdır. Belə ajiotaj Geely Atlas modelinin yeni, daha ciddi dizaynının çinlilərin zövqünə uyğun gəldiyini sübut edir.

Geely şirkətinin hesabatına satışlar başlanmasından keçən üç həftə ərzində model 12 248 ədəd satılıb. Çin istehsalçısı yeni Atlas krossoverinin alınması üçün müqavilələrin hər 2,1 dəqiqədən bir bağlandığını qeyd edib. Əvvəl avtomobil istehsalçısı bu modelin bütün tarixi boyunca əldə edilə satış nəticələri ilə bağlı statistikanı yayıb: 2016-cı ildən 2025-ci ilə qədər iki milyon ədəd Atlas modeli satılıb və bu müddət ərzində hər 2,3 dəqiqədən bir bir nəfər belə krossoverin sahibi olub.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Çində yeni Atlas iki mühərrik - 181 at qüvvəli 1,5-litrlik və 218 at qüvvəli 2,0-litrlik mühərrik ilə təklif olunur. Hər iki halda transmissiya  yeddi pilləli "robot"dur, ötürmə isə, ön oxadır. Modelin daxili bazarda qiyməti 99,9-126,9 min yuandır (23,6 – 30,0 min manat).

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.