Volkswagen şirkətinin ID.4 elektrik krossoverini və yenilənmiş Arteon liftbekini, həmçinin Arteon modelinin Shooting Brake kuzovlu versiyasını hazırladığını bilirik. Bu gün Çinin sertifikasiya təşkilatının bazasında bu modellərin kamuflyajsız təsvirləri aşkar edilib. Üstəlik, bazada modellər barədə bəzi məlumatlar da dərc edilib.

Ən maraqlısı odur ki, ID.4 krossoveri iki versiyada aşkarlanıbdır. Elektrokarlardan birinin, ID.4 Crozz adlandırılan versiyanın istehsalı FAW-Volkswagen birgə müəssisəsinə tapşırılacaqdır. SAIC-Volkswagen birgə müəssisəsi isə ID.4X modelini buraxacaqdır. İki model arasındakı fərq ön hissənin və arxa fənərlərin tərtibatında, həmçinin dekordadır. Ümumilikdə, hər iki model eynidir və MEB modul platformasına əsaslanırlar.

Image alt Image alt Image alt Image alt Image alt

Krossoverlərin ölçüləri müxtəlifdir: Volkswagen ID.4 Crozz modelinin uzunluğu 4592 millimetr, eni 1852 millimetr, hündürlüyü isə 1629 millimetrdir. VW ID.4X modelinin qabaritləri müvafiq olaraq, 4612x1852x1640 millimetr təşkil edir.  Hər iki modelin təkər bazası 2765 millimetrdir.

Elektrokarların təchizarına 19 və 20 düymlük təkər diskləri, panoram tavan, LED optika və dairəvi görüntü sistemi daxil edilib. Bu modellərdən hansının qlobal bazarda təklif ediləcəyi məlum deyil.

Image alt Image alt Image alt Image alt

Çində satılacaq krossoverlər 204 at qüvvəli elektromotorla təchiz ediləcəkdirlər. Modellərin maksimal sürəti 160 km/saatdır. Sonradan, yerli bazarda iki mühərriklə təchiz edilmiş tamötürməli variantlar da təklif ediləcəkdir. Elektrik krossoverlərin debütü ilin ikinci yarısında baş tutmalıdır.

Yenilənmiş Arteon modelini 24 iyun tarixində təqdim etməlidirlər. Çində Arteon modeli CC adı ilə satılır. Yenilənmiş avtomobil dəyişdirilmiş ön hissəyə və arxa fənərlərə malik olub. Şəkillərdəki liftbekin aqressiv kuzov dəsti olan R-Line versiyasında olduğu diqqqəti çəkir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Liftbekə qoşulacaq universala gəldikdə isə, bu model Çində kross-variantda, yəni, qara plastikdən müdafiə qurşağı ilə təchiz edilmiş variantda satılacaqdır. Uzunluğuna görə universal (4869 millimtr) liftbekdən (4865 millimetr) demək olar ki, fərqlənmir. Sertifikasiya sənədlərində hər iki variantın hündürlüyünün (1459 millimetr) olduğu göstərilib. Çində satılan modellər 186 at qüvvəli 2,0-litrlik turbomühərrik və 7-pilləli DSG robotu ilə təchiz ediləcəkdirlər.

Avropada satılacaq model, əlbəttə ki, daha geniş mühərrik çeşidinə malik olacaqdır. Üstəlik, Shooting Brake indeksli versiya "yolsuzluq" elementlərindən azad olacaqdır.