Çinlilər Land Cruiser 200 ofrouderini yeni 300 modelinə çevriməyi təklif edirlər. GBT Restyling Bodykit emalatxanası ofrouderi vizual olaraq yeniləyəcək detallar dəstini hazırlayıblar.Lakin ciddi dəyişikliklərsiz ötüşməyəcəkdir – bunun üçün Çin istehsalı olan işıq texnikasını quraşdırmaq, bamperlər, radiator barmaqlığını, beşinci qapı və kuzov dəstinin bəzi elementlərini dəyişdirmək gərək olacaqdır. Buna baxmayaraq, GBT dəsti olan LC 200 ofrouderinin LC 300 ilə bənzərliyi açıq-ayın görünür.
Bununla belə, potensial alıcılar GBT atelyesini yeni dəstin əvvəlki ofrouderi Land Cruiser 300 modelinə dəqiqliklə bənzətmədiyi üçün tənqid ediblər. Çinlilər isə, tam dəqiqliyin əldə edilməsi üçün avtomobilin konstruksiyasına müdaxilənin tələb olunduğunu bildiriblər.
GBT atelyesinin cari dəstinin üstünlüyü standart bərkitmə nöqtələrinə müdaxilə edilmədən quraşdırılmasından ibarətdir. Bu, cəlbedici qiymətləri qorumağa, lazım gəldikdə ofrouderi əvvəlki vəziyyətinə qaytarmağa imkan verir. Bununla belə, çinlilər LC 200 modelinin LC 300 ofrouderinə çevrilməsi üçün tələb olunan məbləği açıqlamayıblar.
Yeni Land Cruiser 300 modelini ən azı dörd il gözləmək lazımdır, buna görə də, 2015-ci ilin Land Cruiser 200 modelinin sahibləri belə bir yenilənmə ilə razılaşa bilərlər. Uzaqdan GBT dəsti olan avtomobil həqiqətən də yenisinə çox bənzəyir, lakin yaxından baxan zaman güzgülərin dayaqları, yanacaq çəninin qapağı və fənərlər köhnə modeli ələ verirlər.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.