«Weltmeister» adını almış Çin startapı bu ilin noyabrında bir milyard dollarlıq zavod tikərək elektrolar xəttini hazırladığını bildirmişdir. Bu niyyətin təsdiqi olaraq, Çin şirkəti istehsal ediləcək avtomobillərin renderlərini də dərc etmişdir. Sən demə, dərc edilmiş renderlər Mitsubishi Motors şirkətindən oğurlanmış fotoşəkillərin dəyişdirilmış variantı olmuşdurlar.
Weltmeister (almancadan tərcümədə - dünya çempionu) tərəfindən hazırlanan modellərindən biri də elektrik güc aqreqatı ilə təchiz edilmiş krossover olmalıdır. Bu modelin renderləri şirkətin istehsal etmək arzusunda olduğu digər elektrokarların təsvirləri ilə birlikdə dərc edilmişdir. Sonradan məlum olmuşdur ki, krossoverin təsvirləri Mitsubishi Outlander Concept-S konseptual avtomobilinin dəyişdirilmiş şəkilləridir. 2014-cü ildə Paris avtosalonunda nümayiş etdirilmiş konsept yapon markasının yeni krossoverinin carçısı olmuşdu. «Dünya çempionu» nəinki yapon şirkətinin dərc etdiyi şəkillərin fonundan istifadə etmişdir, hətta şəkildə olan konseptin təkər disklərini və təkər tağlarını, güzgülərini, relinqlərini, kuzov parçaları dəstini, kapotun bir hissəsini, qapı dəstəkləini, şüşələri (cüzi olaraq dəyişdirilmiş formada) və salon elementlərini qoruyub saxlamışdır.
Bundan əvvəl, Weltmeister özünün hazırladığı iki platformada elektromobillər buraxacağını bəyan etmişdir. Krossoverlə yanaşı çinlilər sedan, universal və kompaktven də buraxmağı planlaşdırırlar. Elektromobillərin Çin bazarında satışının 2018-ci ildə başlanması nəzərdə tutlmuşdur. Sonradan elektomobillər ABŞ və Avropa bazarında da satışa çıxarılacaqdırlar.