Çin Xalq Respeblikasından olan Consolidated Ideal TeamVenture holdinqi, 2015-ci ilin mayında əldə etdikləri De Tomaso markasından sonra, Roland Gümpertin yaratdığı Gumpert Sportwagenmanufaktur GmbH şirkətini də satın almışdır. Çinlilər bununla da kifayətlənməyərək, şirkətin adını Apollo Automobil GmbH’a dəyişəcəklərini bildirmişlər. Alman şirkəti, özünün 2005-ci ildə nümayiş etdirdiyi Apollo superkarı sayəsində məşhurlaşa bilmişdir. Bundan əlavə, almanlar Gumpert Tornante (2011) və Gumpert Explosion (2014) modellərini də təklif edirlər.
Bu arada Roland Gümpert, JAS Motorsport və Reiter Engineering yarış kollektivləri ilə birlikdə yeni avtomobilin hazırlanmasına başlamışdır. Arrow adlanacaq avtomobil, Nürburqrinq trekinin keçid rekordunu əldə etmək məqsədi ilə buraxılacaqdır.
Bununla bərabər, Roland Gümpert yeni avtomobil haqqında məlumat verməkdən imtina etmişdir. Bilinənlər avtomobilin bu ayın 11 tarixində göstəriləcəyi və rəsmi təqdimatının Cenevrə avtomobil sərgisində keçiriləcəyi məlumdur.