Çində Toyota Land Cruiser ofrouderini xatırladan miniatür ofrouderi buraxıblar. Bununla belə, avtomobilin yapon istehsalçısına heç bir aidiyyatı yoxdur. Qəribə görkəmli avtomobilin şəkilləri Çinin Weibo portalında yayılıb.
Çox güman ki, avtomobil yerli tüninq atelyelərindən birində hazırlanıb. Bunu avtomobilin arxa qapısındakı “Kuluze” yazısı da təsdiqləyə bilər. Şirkətin bu ofrouderi nə məqsədlə hazırladığı məlum deyil. Ola bilsin ki, tünerlər təkmilləşdirmələr dəstini kiçik seriya ilə buraxmağı planlaşdırırlar.
Şəkillərin müəllifi “Kuluze” yazısının nə demək olduğunu açıqlamayıb. Çox güman ki, bu, Çindəki tüninq atelyelərindən birinin adıdır. Məzəli görünüşlü avtomobilin gələcək taleyi də məlum deyil.
Vizual olaraq miniatür avtomobil Toyota Land Cruiser 300 ofrouderinə bənzəyir. Yapon ofrouderinin miniatür surəti LED hərəkət işıqları olan oxşar ön optikaya, eləcə də gümüşü üfüqi zolaqları olan bənzər barmaqlığı alıb.
Bundan əlavə, avtomobil kiçik təkərlər və kifayət qədər yüksək klirens ilə təchiz edilmişdir. Çin “ofrouderinin” arxa hissəsində əsl ofrouderdəkinə bənzəyən fənərlər, eləcə də buraxılış sisteminin saxta çıxış boruları var.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.