Çin Xalq Respublikasının Sənaye və Ticarət Nazirliyinin açıq məlumat bazasında 2025-ci model ilinin 2 Series Gran Coupe sedanına həsr olunmuş sənədlər ortaya çıxıb. Söhbət bu sedanın restaylinqindən gedir. Bununla belə, eyni platformada inşa olunmuş 1 Series modeli yeniləmədən sonra yeni nəsil kimi təqdim edilib. Həqiqətən də sedan çoxlu dəyişiklikləri alıb: təkcə işıqlandırma avadanlığı, bamperlər və baqaj qapağı deyil, hətta arxa qanadlar və qapılar da dəyişdirilib!
Ənənəyə görə, Çində 110 millimetr uzadılmış arxa qapısı olan uzunbazalı versiya nümayiş etdirilib. Bu dəfə əvvəlcə Long prefiksi olan 2 Series modelinin dizaynı açılqanıb, lakin qlobal sedan əvvəlki arxitekturanı qoruyacaq və onun oxları arasındakı məsafə dəyişməyəcək (2670 millimetr). Dizayn baxımından 2-Series Gran Coupe iyun ayında debüt edən 1 Series modelini təkrarlayır. Əsas fərq - tərs tutacaqları olan dəyişdirilmiş qapılardır!
Casus şəkillərindən göründüyü kimi, 1 və 2 Series sedanlarının interyerləri unifikasiya edilib. Güc qurğuları da çox oxşar olmalıdırlar: bütün modifikasiyalar 7-pilləli preselektiv “robot” ilə təchiz ediləcək. Mexaniki və klassik avtomatik transmissiyalar olmayacaqlar. Çinli alıcılar üçün sürpriz gücləndirilmiş M235L top versiyasıdır. O, “qlobal” 300 at qüvvəsinin əvəzinə 335 at qüvvəsi hasil edəcək! Daha sadə modifikasiyalar da təklif ediləcək - 220L (174 at qüvvəsi) və 225L (227 qüvvəsi).
BMW 2-Seires Gran Coupe modelinin dünya premyerası yəqin ki, ayın sonuna qədər baş tutmalıdır. Uzunbazalı sedan Çin üçün eksklüziv olaraq qalacaq, lakin Səma İmperatorluğunda dizel versiyaları təklif olunmayacaq, hibridlər isə, daha sonra debüt edəcəklər. Əvvəlki kimi, sedan adi kuzov dəsti və ya opsional M paketi ilə təchiz ediləcək, mühərrik çeşidi isə, 1,5 və 2,0 litrlik üç və dörd silindrli güc aqreqatları ilə məhdudlaşacaq.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.