Çinli jurnalistlər milli sertifikatlaşdırma təşkilatının məlumatlar bazasında yığcam Chevrolet Tracker krossoverinin ikinci nəslinin şəkillərini və avtomobil haqqında məlumatları aşkar ediblər.
“Autohome” saytının bildirdiyinə görə, yeni modelin uzunluğu 4270 millimetr, eni – 1791 millimetr, hündürlüyü isə 1602 millimetrdir. Beləliklə, Tracker modelinin ikinci nəsli sələfindən 15 millimetr uzun və enli, 73 millimetr alçaqdır. İkinci nəsil Chevrolet Tracker modelinin təkər bazas da 15 millimetr artaraq 2570 millimetrə bərabər olub.
Krossoverin eksteryer dizaynı Çində satılan ikinci nəsil Chevrolet Orlando universalının üslubunda hazırlanıbdır. Çində Tracker modeli 115 at qüvvəsi hasil edən 1,0-litrlik üç silindrli mühərrik ilə təklif ediləcəkdir. Ötürmələr qutusu isə, altı pilləli iki muftalı “robot” olacaqdır. ABŞ, Latın Amerikası və Cənub-Şərqi Asiya bazarlarında satılacaq krossoverlərin mühərrik çeşidi Çində təklif ediləndən fərqli olacaqdır.
Bizim bazarda Chevrolet Tracker modelinin ilk nəsli Chevrolet Trax adı ilə satılırdı.