Citroen şirkəti özünün 100 illik yubileyi şərəfinə 19_19 konseptini hazırlayıb. Yeni konsept fransız istehsalçısının gələcəyin ultrakomfortlu pilotsuz nəqliyyat vasitəsinə baxışını nümayiş etdirir. Konsepti yaradan zaman dizaynerlər aviasiya aləmindən ilham alıblar. Bu səbəbdən də konsept qırıcı təyyarənin kabinini xatırladan panoram şüşələnməli sərnişin bölümünə sahib olub.
Citroen 19_19 konseptində dizaynerlər aviasiya elementlərinin və müasir yaşayış məkanının vəhdətini yaratmağa müvəffəq olublar. Sərnişin bölümü təkərlər arasında «süzən» və sərtliyə adaptiv nəzarəti həyata keçirlən Progressive Hydraulic Cushions asqısının təkamül versiyasının üzərində qurulmuş «yaşayış otağını» xatırladır.
Konseptin 30-düymlük təkərləri Goodyear şirkəti ilə birlikdə hazırlanıb və 255/30 ölçülü şinlər ilə təchiz edilib. Disklərdəki loqolar şaquli vəziyyətdə duraraq yol üzərindəki süzmə effektini daha güclü edir.
Citroen 19_19 Concept firma şevronları formasında olan işıqdiodlarından gündüz hərəkət işıqları, təyyarəninin ikiqat şaquli stabilizatorlarını xatırladan damda quraşdırılmış iki lazer məsafəölçəni, həmçinin avtonom rejimdə texniki qurğuların işi barədə müxtəlif məlumatı əks etdirən işıq xəbərdarlıq sistemi ilə təchiz edilib. Bundan başqa, prototip süni inttelektin əsasında çalışan və sərnişinlərin arzularını qabaqcadan bilən fərdi köməkçi ilə təchiz edilib.
Konseptin salonunda ekran və sensorlu panellər yoxdur - onları proyeksiya displeyləri və səsi tanıma sistemi əvəzləyib. Konseptin salonuna taybatay açılan qapılar vasitəsi ilə daxil olunur. Salonda dörd oturacaq vardır: sürücü oturacağı, ön sərnişin üçün elektrikötürməli şezlonq və Riva katerlərinin üslubunda arxa divan. İkinci cərgənin sərnişinlərinə oturacaq başlıqları əvəzinə elastik troslardan istifadə etmək təklif olunur. Bu troslar eyni zamanda baqajdakı yükün bərkidilməsi üçün də istifadə edilir. Yönəldilmiş səsləndirmə sistemi ikinci cərgədə ayrıca səs baramasını, kuzovun mikroperformasiyalı elementləri isə tündləşdirilmiş şüşə effektini yaradır.
Citroen 19_19 Concept prototipi ümumi gücü 462 at qüvvəsi və 800 Nm olan iki elektrik mühərriki ilə hərəkətə gəlir. Mühərriklər 100 kilovat-saatlıq batareyalardan qidalanır. İstehsalçının iddiasına görəŞ konsept 100 km/saat həddinə beş saniyəyə sürətlənir və 200 km/saatlıq maksimal sürət həddinə malikdir. Konseptin yürüş məsafəsi WLTP dövrü ilə 800 kilometrdir. Konsept sürətli terminallardan və yol səthinə inteqrə edilmiş induksion yüklənmədən faydalana bilər.