Citroen şirkətinin Hindistan, Braziliya və Argentinadakı ofisləri eyni anda sosial şəbəkələrdə inkişaf etməkdə olan ölkələrin bazarları üçün hazırlanmış yeni krossoverin ilk tizerini yayımlayıb. İlkin məlumatlara görə, yeni məhsul C3 indeksi altında satışa çıxarılacaq və CMP modul arxitekturasının sadələşdirilmiş modifikasiyasına əsaslanacaqdır. Təfərrüatlar üçün çox gözləmək lazım olmayacaqdır: modelin təqdimatı bu gün, sentyabrın 16-da baş tutmalıdır.

Hələlik isə, məlumat çox azdır. Tizerdən göründüyü kimi, avtomobilin dizaynı Avropada satılan C3 və C4 modelləri ilə bənzərliyə malik olacaqdır: radiator barmaqlığından yayılan LED “şüalar” olan iki səviyyəlidirlər və markanın loqotipi barmaqlığa inteqrasiya olunub. Braziliya KİV-ləri Stellantis ittifaqındakı mənbəyinə istinadən yeni modelin 2022-ci ilin aprelinə qədər yerli dilerlərin salonunda peyda olacağını bildirirlər.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.