Citroen şirkəti C5 Aircross modelini hibrid güc qurğusu ilə təchiz edib. Yeni güc qurğusuna sahib olmuş krossover şirkətin total elektrikləşmə strategiyasının ilkidir. Fransız markasının rəhbərliyi yaxın gələcəkdə model xəttində olan bütün avtomobillərin qoşulan hibrid versiyalarını təqdim etməyi planlaşdırır. Qeyd etmək lazımdır ki, hibrid güc qurğusu artıq Peugeot və DS modellərində sınaqdan çıxarılıb.
Citroen C5 Aircross Hybrid elektrik mühərrikinə sahib olsa da, bu modeli tam ötürmə ilə təmin etməyib. Məsələn, Peugeot markasının bayraqdar krossoveri olan 3008 modelində 300 at qüvvəli aqreqat quraşdırılsa da, Citroen krossoverinə hibrid qurğunun büdcə versiyasına sahib olub. Hibrid qurğunun tərkibinə 180 at qüvvəli 1,6-litrlik turbomühərrik, 110 at qüvvəli elektromotor və yaş friksionları olan 8-pilləli “avtomat” daxildir. Qurğunun ümumi hasilatı 225 at qüvvəsi və 320 Nm təşkil edir.
13,2 kVs-lıq batareya krossoverin elektrik ötürməsi ilə 50 km qət etməsinə imkan yaradır. İstehsalçı C5 Aircross Hybrid modelinin 100 kilometrə 1,7 litr yanacaq işlətdiyini bəyan edib. Elektrik rejimində krossoverin maksimal sürət həddi 135 km/saatdır. Firma Wallbox qurğusundan akkumulyatoru iki saata tam doldurmaq olar. Bundan başqa, hərəkət elektronikasının e-Save rejimində sistem akkumulyatorun enerjisini sürücünün təyin etdiyi kilometraj üçün saxlaya bilər. Məsələn, marşrutun son hissəsi “yaşıl” zonaya təsadüf edərsə, o zaman krossover yalnız elektrik ötürməsi ilə hərəkət edəcəkdir.
Litium-ion batareyasının arxa divanın altında yerləşməsinə baxmayaraq, hibridin baqaj bölümünün həcmi 460 (ikinci cərgənin qatlanması halında - 580) litr təşkil edir. Benzin və dizel modifikasiyalarında bu rəqəm 600 (720) litrdir. Bundan başqa, hibrid virtual cihazlar panelinin xüsusi qrafikasına malikdir.
Mavi rəngli dekor və emblemlərə malik olan krossoverlərin istehsalı Renn-lya-Jane (Fransa) şəhərindəki zavodda təşkil ediləcəkdir. Hibrid krossoverin qiyməti 39950 avrodan başlayacaqdır. Citroen C5 Aircross Hybrid modelinin satışlarına gələn ilin yayında start veriləcəkdir.