Dizaynerlər Fabrisio Kaselani və Devid Obendorfer Citroen Type H furqonunun 70 illik yubileyini qeyd etmək üçün xüsusi dəst hazırlamışdırlar. Bu dəstin köməyi ilə, müasir Citroen Jumper furqonunu 1947-ci ilin klassik modelə bənzətmək mümkündür. Yeni panellərin istehsalı ilə FC Automobili şirkəti məşğul olacaqdır.
Jamper modelinin klassik Type H modelinə çevrilməsi praktiki olaraq bütün kuzov panellərinin dəyişdirilməsini nəzərdə tutur. Müasir furqonu retro-furqona çevirmək üçün kuzovun ön və arxa hissəsi, qanadları, qapı, işıq texnikasını və dam paneli dəyişdirilir. Fabrisio Kaselani və Devid Obendorfer Citroen Jumper üçün bir neçə variantda kuzov dəsti hazırlamışdırlar. Onların köməyi ilə furqonu klassik sərnişin avtobusuna, kemperə, ərzaq və yük daşıyan furqona çevirmək olar. Type H üslubunda hazırlanmış furqonları 110 və 160 at qüvvəli mühərriklərlə sifariş etmək mümkündür.
Modelin maksimal yükgötürmə qabiliyyəti 1075 – 1945 kiloqram arasındadır. Cəmi 70 ədəd klassik furqona çevrilmiş avtomobil buraxılacaqdır. Onların hansı qiymətə satılacağı bildirilməmişdir.