Citroen şirkəti yeni bayraqdar sedanının buraxılacağını təsdiq edib. Yeni sedan C5 və C6 modellərinin varisi olacaqdır. Seqmentə «tamamilə yeni şeylər» gətirəcək avtomobil 2019-2020 illərdə işıq üzü görməlidir. Bu barədə Autocar nəşri xəbər verib.
«İnsanların xoşuna gəlsə də, gəlməsə də, biz ənənələrə uyğun hərəkət etməyəcəyik», - gələcək modeli təsvir edən Citroen markasının başçısı Linda Cekson bildirib. O, belə bir avtomobilin buraxılmasının çin bazarının tələblərinə uyğun olduğunu da əlavə edib. Krossoverlərin populyarlığının artmasına baxmayaraq, sedanlar çin bazarının böyük hissəsini təşkil edirlər.Yeni flaqmanın carçısı olaraq Cxperince konsept avtomobilini hesab edirlər. Bununla belə, fransızlar bu konseptin texnologiyaları nümayiş etdirmək üçün yaradıldığını da etiraf ediblər.
Uzunluğu beş metr təşkil edən konseptual sedan 300 at qüvvəli hibrid güc qurğusuna malik olub.
Citroen Cxperince prototipi ikiborulu amortizatorları və hidravlik dayaqları olan Advanced Comfort asqısı ilə təchiz ediblər. Bu asqı keyfiyyətsiz yollarda hərəkəti rahat etməyə qadirdir.
Konseptin ön oturacaqları yaddaş effekti olan köpükdən hazırlanmış, onun interyerinin tərtibatında isə yunun qoz ağacının taxtasından, yüksək keyfiyyətli dəri və parçadan istifadə edilmişdir.