Citroen şirkəti rəsmi olaraq C5 Aircross krossoverini təqdim edəcəyini açıqlamışdır. Avtomobilin kütləvi təqdimat mərasimi Şanxayda keçiriləcək beynəlxalq avtomobil sənayesi sərgisində keçiriləcəkdir.
Qeyd etmək lazımdır ki, bir gün əvvəl internetdə yeni avtomobilin sketçləri peyda olmuşdur. Sonradan yeni modelin rəsmi şəkilləri Linda Consonun Twitter social şəbəkəsindəki səhifəsində dərc edilmişdir.
Eskizlərlə birlikdə fransız markasının baş direktoru belə şəhr yazmışdır: “Özümü çətinliklə saxlayıram, ona görə də icazə verin sizə C seqmentindən olan krossoverin bir neçə eskizini təqdim edim”.
Citroen C5 Aircross modeli iki il bundan əvvəl təqdim edilmiş Aircross Concept konseptual krossoverini xatırladır. Avtomobil eksteryerin cəsarətli dizaynına, firma işıq texnikasına və iri təkər disklərinə malikdir. Əlavə olaraq avtomobil perimetr üzrə müdafiə qurşağını və hündür klirensi əldə etmişdir. İstisna deyildir ki, seriya avtomobili benzin və dizel mühərrikləri ilə yanaşı hybrid güc aqreqatına da sahib olacaqdır.
Avtomobilin gələn il istehsala gedəcəyi söylənilir.