Citroen şirkəti yenilənmiş C-Elysee modleinin virtual təqdimatını keçirmişdir. Avtomobilin eksteryeri cüzi dəyişikliklərə məruz qalmış və yeni opsiyalar əldə etmişdir. Yenilənmiş modelin rəsmi satışlarına gələn ilin birinci rübündə başlanacaqdır. Avtomobilin istehsalı İspaniyanın Viqo şəhərindəki zavodda aparılacaqdır.
Peugeot 301 modeli ilə eyni platformanı bölüşdürən yenilənmiş sedan 3D-effektli təkmilləşdirilmiş arxa fənərlərlə, daha incə srom əlavələr və LED hərəkət işıqları, həmçinin 16-düymülk təkər diskləri ilə təchiz edilir. Sedan üçün təklif edilən rəng çeşidi də genişləndirilmişdir. Citroen C-Elysee modelinin yenilənmiş versiyası yeddi düymlük sensorlu ekranı olan, səslə idarəetməni, Android Auto və Apple CarPlay əlavələrini dəstəkləyən multimedia sistemi ilə təchiz edilir. Bundan əlavə, Citroen nümayəndələri avtomobilin yaxşılaşdırılmış Connect Nav naviqasiya sistemi ilə də təchiz ediləcəyini bildirmişdirlər. Bir sıra bazarlarda multimedia sistemi onlayn-servislərə də qoşula bilər.
Yenilənmiş C-Elysee iki benzin və iki dizel mühərriki ilə təchiz edilir. Bunlar 82 at qüvvəli PureTech və 115 at qüvvəli Vti, həmçinin 91 və 100 at qüvvəli dizel güc aqreqatlarıdır. Transmissiyalar isə beş pilləli mexaniki və altı pilləli atomatik sürətlər qutusudur.