Citroen şirkətinin rəhbərliyi C4 Cactus modelinin buraxılışının dayandırılması barədə qərar qəbul edib. Bu modeli yeni ada və dizayna malik olacaq avtomobil əvəzləyəcəkdir. Hazırda yeni avtomobil yaradılma mərhələsindədir. Bu barədə Top Gear nəşrinə fransız markasının strategiya şöbəsinin vitse-prezidenrti Ksavye Pejo bildirib.
“Kaktus” modelinin istehsalına beş il bundan qabaq başlanıb. Subkompakt krosoverin əsasını PSA konserninin PF1 platforması təşkil edib. Krossoverin mühərrik çeşidinə 1,2 və 1,6 litrlik mühərriklər daxcil edilib. Citroen C4 Cactus modeli Avropa ilə yanaşı Avstralya, Yeni Zelandiya, Çin, Cənubi Afrika və Cənubi Amerikada da satılır.
Hazırda avropa bazarında avtomobilin yenilənmiş variantı təklif edilir. Yenilənmiş krossover onun ən tanınan cəhəti olan Airbump yumşaq panellərinin əksər hissəsindən məhrum olub. Onlar ancaq kandarlarda qalıb. Yenilənmiş avtomobil 130 at qüvvəli benzin və 120 at qüvvəli dizel ilə təchiz edilib.
Pejo bu modelin “şirkətin dəyərlərinə uyğun gələn möhtəşəm layihə olduğunu” bildirib. Lakin, Cactus modelinin vaxtı artıq çatıb və 2021-ci ildə onun istehsalına son veriləcəkdir.