Givenchy moda evi ilə səylərini birləşdirən Cirtoen şirkəti, DS3 hetçbek və kabrioletinin zərif cinsə ünvanlanmış Le MakeUp modifikasiyasını təqdim etmişdir. Avtomobilin mərkəzi dirsəkaltısının içində xüsusi kosmetika qutusu yerləşdirilmişdir ki, bu qutuda da tuş, pomada və xüsusi açar üçün nəzərdə tutlmuş bölümlər mövcuddur. Bu seriyadan olan avtomobillər ağ rəngə boyanmış kuzovla, bənövşəyi rəngli tavanla və arxa görüntü güzglərinin korpusu ilə seçiləcəkdir. Avtomobilin interyerində isə çəhrayı rəngli dekorativ elementlərdən istifadə edilmişdir.
Citroen DS3 Le MakeUp modelinin salonu qara dəri ilə örtülmüş, velyürdən hazırlanmış ayaqaltılara isə, modifikasiyanın adı həkk olunmuş xüsusi etiketlər tikiilmişdir. Qadınlar üçün hazırlanmış avtomobillər bənövşəyi qapaqçıqları olan 17-düymlük təkər diskləri ilə təchiz edilirlər.
Avtomobilin təchizatına işıqdiodlarından hazırlanmış gündüz hərəkət işıqları olan ksenon fənərlər, yeddi düymlük sensorlu ekranı olan mültimedia sistemi, arxa parktroniklər, yoxuşlarda yerindən tərpənməyə yardım edən sistem, avtomatik qatlanan və qızdırılan yan güzgülər daxildir.
Xüsusi seriyadan olan avtomobillər yalnız 110 at qüvvəli üç silindirli turbomühərriklə təchiz ediləcəkdir. Güc aqreqatını altı pilləli avtomatik və ya mexaniki sürətlər qutusu ilə seçmək mümkündür.
Citroen DS3 Le MakeUp avtomobilləri 500 ədədlik tirajla istehsal ediləcəkdir. Bu seriyadan olan avtomobillər yalnız Böyük Britaniyada satılacaqdır. Avtomobillərin qiyməti kuzov və sürət qutusunun seçimindən asılı olaraq 19395 - 23195 funt-sterlinq arasında dəyişə bilər.
Xüsusi seriyanın əsasını təşkil etdən Citroen DS Elegance modeli 17625 funt-sterlinqdən başlayan qiymətlərlə satılır.