Citroen və Polestar avtomobil markaları oxşar loqotiplər ucbatından uzun müddətdir ki, davam edən münaqişəni həll ediblər. Bu barədə Le Monde qəzetinə fransız şirkətinin nümayəndəsi məlumat verib. Razılaşmanın təfərrüatları açıqlanmayıb.
Mübahisə 2017-ci ildə, Volvo Car qrupuna daxil olan Polestar tüninq atelyesinin müstəqil elektromobil istehsalçısına çevrilməsindən sonra yaranıb. Yeni yaranmış Polestar şirkəti öz emblemi kimi, dördguşəli ulduz şəklində olan loqotipi seçib. İsveç-Çin istehsalçısı öz emblemində Citroen markasının loqotipindəkinə bənzəyən iki şevrondan istifadə edib ki, bu da, sonuncunun xoşuna gəlməyib.
Citroen şirkəti və ondan ayrılan DS Automobiles markası Polestar şirkətini imic oğurluğunda ittiham ediblər. İttihamın əsası kimi, internet istifadəçiləri tərəfindən iki simvol arasındakı oxşarlığın olduğunun bildirmələri göstərilib. 2020-ci ildə Fransa məhkəməsi loqotiplər arasında cüzi oxşarlığın olduğunu bildirərək, işə baxmaqdan imtina edib.
Lakin Citroen əmtəə nişanına olan hüquqlarının pozulması ilə bağlı qaldırdığı işdə qalib gəlib: şevronların oxşar olduğu bildirilib ki, bu da Polestar markasının dolayı yolla rəqibin əqli mülkiyyətindən faydalana biləcəyinə işarə edir.
Məhkəmə Polestar markasından Citroen şirkətinə 150 min avro təzminat ödəməyi və 6 ay müddətinə Fransada öz loqotipindən istifadə etməməyi tələb edib: ölkə sakinləri hətta Polestar şirkətinin saytına belə daxil olmaq imkanından məhrum ediliblər. Bu müddət bitəndən sonra hökm ləğv olunmayıb və hətta bu ilin əvvəlində Citroen məlum qadağanı Avropanın digər ölkələrinə şamil etməyə çalışsa da, buna nail ola bilməyib.
Artıq Polestar markası öz elektromobillərini rəsmi olaraq Fransada sata biləcəkdir. Çox güman ki, tezliklə bu barədə müvafiq elana da rast gələcəyik.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.