Citroen şirkəti, yığcam premium avtomobili olan DS3 hetçbek və kabrioletinin yenilənmiş variantını təqdim etmişdir. Avtomobillərin xarici görkəmi brendin yeni korporativ üslubuna uyğun dəyişdirilmişdir. Bununla bərabər, alıcılar 208 at qüvvəli mühərriklə təchiz edilən Performance «qaynar» variantını sifariş etmək imkanı əldə etmişlər. Həmçinin, yenilənmiş avtomobillərin multimedia sistemi artıq Apple şirkətinin CarPlay əlavəsini də dəstəkləyir. Əsas dəyişiklik isə, avomobilin radiator torundada Citroen markasına xas olan ikiqat şevronun əvəzində DS embleminin yerləşdirilməsidir. Yeni loqotip həmçinin kapotaltı məkanda da yerləşdirilimişdir.
DS3 avtomobilinin xarici görkəmindəki dəyişiklikləri Citroen şirkəti, hələ 2014-cü ilin sentyabrında təqdim etdiyi, müştəriyə avtomobilin eksteryerini və interyerini fərdiləşdirməsi üçün geniş imkan yaradan Ines de la Fressange Paris (tərcümədə «qəşəng Parislilər üçün» deməkdir) konsept avtomonili vasitəsilə göstərmişdir.
Konsept avtomobilinin cizgilərini əldə edən DS3 avtomobilinin seriya variantı 78 növ müxtəlif rəng çeşidi və «qaçan sətir» prinsipi ilə hazırlanmış dönmə işıqları ilə təklif edilir.
Yenilənmiş avtomobilin mühərriklər qammasına 82 at qüvvəli 1,2-litrlik və 165 at qüvvəli 1,6-litrlik benzin mühərrikləri, həmçinin 99 və 120 at qüvvəli 1,6-litrlik dizel mühərriki daxildir. Bununla bərabər, köhnə 120 at qüvvəli 1,6-litrlik mühərrik 130 at qüvvəli 1,2-litrlik üç silindirli turbomühərriklə əvəz edilmişdir.
Avtomobillər üç növ sürətlər qutusu - altı pilləli mexaniki və avtomatik, həmçinin beş pilləli bir muftalı «robot» sürətlər qutusu ilə təchiz edilir.
Citroen DS3 Performance
Bundan əlavə, yuxarıda qeyd edildiyi kimi, DS3 modeli 208 at qüvvəli 1,6-litrlik turbomühərriklə də təchiz edilir. Bu mühərrik altı pilləli mexaniki sürətlər qutusu ilə birgə çalışır. D3 Performance modelinin baza təchizatına 15 millimetr aşağı endirilmiş asqı, daha güclü əyləc mexanizmləri və özüqapanan Torsen differensialı daxildir.
Yenilənmiş DS3 modelinin təchizatına 7-düymlük sensor ekranı olan multimedia sistemi, avtoparketmə sistemi və avtomatik əyləc sistemi daxildir. Multimedia sistemi Apple CarPlay sistemini dəstəkləsə də, Android Auto əlavəsi ilə işləmir. Android platformasında smartfonları olan avtomobil sahibləri MirrorLink əlavəsindən istifadə edə bilərlər.