CivicX adlı internet nəşrinə, bu il təqdimatı gözlənilən Honda Civic Si avtomobilinin «döyünən ürəyi» olacaq, yeni 2,0-litrlikdörd silindirli turbomühərrikin fotoşəklini əldə etmək nəsib olmuşdur. Əslində, yeni mühərrik, 2017-ci ildə debütü gözlənilən «qaynar» Honda Civic Type R hətçbekinin güc aqreqatının bir qədər zəif variantı olacağı ehtimal edilir. Xatlrladaq ki, Type R modelinin 2,0-litrlik turbomühıərrikinin gücü 310 at qüvvəsi olmalıdır. Honda Civic’in «idman» variantı olacaq «Si» versiyasının turbomühərrikinin gücünün 230 at qüvvəsi olmacağı güman edilir. Deyilənlərə görə, güc aqreqatı altı pilləli mexaniki sürətlər qutusu ilə təchiz ediləcəkdir.
Honda şirkəti artıq Civic modelinin onuncu nəslinin sedan və kupe variantını təqdim etmişdir. Honda şirkəti, 2016-cı ilin sonunda və yaxud 2017- cilin əvvəlində avtomobilin beş qaılı hetçbek variantını nümayiş etdirmək niyyətindədir. «Qaynar» Civic Type R modeli isə 2017-ci ilin yayında işıq üzü görməlidir.
Yeni avtomobilin sedan və kupe variantı, 175 at qüvvəli 1,5-litrlik dördsilindirli turbomühərrik və 160 at qüvvəli 2,0-litrlik atmosfer mühərriki ilə təchiz edilir. Bundan əlavə, gələcəkdə 127 at qüvvəsi olan 1,0-litrlik üç silindirli turbomühərrikin də təklif olunacağı məlumdur.