DTM çempionatının Mizanoda keçirilən ikinci yarışı da sensasiyasız ötüşməyib. BMW komandasının debütant pilotu Coel Eriksson Mizanodakı hadisələrlə bol yarışda Qalib gələrək alman turinq çempionatındakı ilk qələbəsinə imza atıb.
Coel Erikssonun qələbəsi onun seçdiyi cəsarətli strategiya sayəsində mümkün olub. Trekin yaş olduğunu nəzərə alan pilotların əksər hissəsi yarışı yağış şinləri ilə başlayıblar. Slikləri seçən yeganə pilot isə məhz Coel Eriksson olub.
Gecə yarışını pouldan başlayan Loik Dyüval o qədər də uğurlu start almayıb. O, əvvəlcə Edoardo Mortaraya, sonra isə Daniel Hunkandellaya keçilib. Həmin an Eriksson 12-ci olub. İlkin anlarda onun risqi özünü doğrultmayıb. Coel hər dövrədə bir saniyə itirməyə başlayıb.
Lakin, Trek tədricən quruduğundan o yağış təkərlərini seçmiş pilotlarla eyni tempdə getməyə başlayıb. Sonradan yenidən yağış yağmağa başlayıb və sliklərə keçən pilotlar yenidən pitə yollanmalı olublar. Bu, sliklərə keçməyən Mortara, Rast, Freyns və Aleks Zanardinin xeyrinə olub.
Qəzaət edilmiş pit-stop Erikssona beşinciliyə qədər yüksəlməyə şərait yaradıb. Lukas Auerin qəzasından sonra trekə təhlükəsizlik avtomobili çıxıb və bu da isveç pilota liderlər ilə olan fərqi qapatmağa imkan yaradıb.
Restartdan sonra ilk dördlük pit-stopa yollanıb, Eriksson isə liderliyə yüksəlib və yarışı birinci olaraq bitirib. Mortara ikinci Rene Rast isə üçüncü olub. Robin Freyns dördüncü, qonaq qismində çıxış edən Alrks Zanardi isə beşinci olub.