"Gələcəyə Qayıdış" filmi 3 iyul 1985-ci il tarixində nümayiş olunub. Əfasnəvi trilogiyanın əsas qəhrəmanlarından biri də, Zaman Maşını rolunu oynayan DeLorean DMC-12 kupesi idi. Paslanmayan poladdan hazırlanmış kuzovu olan idman avtomobili bazarda uğur qazanmasa da, öz adını dünya avtomobil sənayesi və mədəniyyətinin tarixinə əbədi olaraq yazdırmağı bacarıb. İndi isə, DeLorean sportkarının və “Gələcəyə Qayıdış” filminin pərəstişkarlarının bu sportkarın bir parçasını əldə etmək kimi unikal şansları var.
Con Deloreanın şəxsi DeLorean DMC-12 modeli günümüzə qədər gəlib çatmayıb, çünki utilizasiyaya məruz qalıb. Lakin avtomobilin bəzi elementləri hələ də qalmaqdadırlar. Nəticədə DeLorean Motor Company şirkətinin yaradıcısının idman avtomobilinin kuzov detallarının bir hissəsindən eksklüziv qol saatları hazırlayıblar.
REC Watches şirkəti məhdud sayda - 456 nüsxədə buraxılacaq SPX DeLorean Limited Edition qol saatını təqdim edib. Siferblatın çərçivəsini əhatə edən elementi Con Deloreanın avtomobilindən alınmış paslanmayan poladdan hazırlayıblar. Siferblatın tərtibatı DMC-12 kupesinin kuzovunun və təkərlərinin dizaynını xatırladır.
Saatın qayışı idman avtomobilinin arxa şüşəsindəki jalüzün üslubunda tərtibata malikdir, şəffaf elementləri olan arxa qapaq isə, avtomobilin arxa fənərlərinin üslubunda dizayn edilib. SPX DeLorean Limited saatlarının hər bir nüsxəsi həkk olunmuş şəxsi nömrəni, həmçinin Con Deloreanın şəxsi DMC-12 sportkarının VIN kodunu alacaqdır. Saatın qiyməti 1995 dollar olacaqdır. Saatların müştərilərə çatdırılmasına 2023-cü ilin yazında başlanmalıdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.