Continental şirkəti Swarovski brendi ilə birlikdə avtomobillər üçün displey hazırlayıb. Şirkət özünün innovativ məhsulunu Las Veqasda keçirilən CES 2024 istehlak elektronikası sərgisində təqdim edib. Tərtibatçıların fikrincə, on düymlük şəffaf ekran premium avtomobillərin interyer tərtibatında “insan-maşın” interfeysinin əsas hissəsinə çevriləcək.

İnnovativ displey microLED texnologiyasına əsaslanır ki, bu da onu analoqlardan daha parlaq və kontrastlı edir. Swarovski kristalında multimedianın etibarlılığını və uzunömürlülüyünü təmin edən xüsusi taraşlanma var. Nəticədə, mütəxəssislər görüntünün korpusun içərisində "asılmış" kimi əks olunduğu bir ekranı yaratmağa müvəffəq olublar.

Image alt Image alt Image alt

Continental nümayəndələri belə ekranların premium avtomobillərin əsas interyer elementinə çevrilə biləcəyini hesab edirlər, çünki o məlumatın tamamilə fərqli səviyyədə əks olunmasını təmin edir. Eyni zamanda, şirkət innovativ displeyin seriya avtomobillərində istifadəsi ilə bağlı hər hansı bir şirkətlə razılaşmaya gəldiyini elan etməyib.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.