Continental şirkəti elektromobillərin texniki ehtiyaclarını ödəmək üçün disk əyləclərini təkmilləşdirib. Onlar daha yüngül və daha yığcamdırlar. Eyni zamanda, innovativ mexanizmlər əyləc anının arzuolunmaz qalığını azaldır və sürtünmə itkilərini demək olar ki, sıfıra endirir. Bu, aşağı çəki ilə birlikdə əyləclərdən istifadə müddətini artırmalıdır. Bununla belə, artımın əhəmiyyətli dərəcədə olacağını gözləmək lazım deyil.
Continental şirkətinin yeni məhsulu Green Caliper adlanır. Bu, adi üzən bəndləri olan əyləc mexanizmidir, lakin elektrik avtomobilləri üçün uyğunlaşdırılıb. Batareyalı avtomobillərin sürəti azaltmaq üçün hidravlikadan (əsasən rekuperasiya sistemindən istifadə olunur) 80% daha az istifadə edir və bununla da supportların istilik yükünü azaldır, ona görə də Continental, ilk növbədə, onların dizaynını əsaslı şəkildə yenidən nəzərdən keçirib.
Yeni supportlar əvvəlki kimi çuqundan hazırlansa da, standart supportlardan iki dəfə yüngüldürlər. Yığcam ölçüləri sayəsində onları daha böyük və daha nazik rotorlarla birlikdə istifadə etmək olar ki, bu da təkərbaşına əlavə üç kiloqrama qənaət etməyə imkan verir. Bundan başqa, Continental friksion bəndlərinin qalınlığını və sahəsini azaldıb, habelə qəliblərin aktiv geri çəkilməsi funksiyasını əlavə edib.
Bütün bunlar disk və qəlib arasındakı hava boşluğunu artırıb. Bununla belə, qalıq əyləc anı (əyləcləmə fazasından kənar arzuolunmaz disk və qəlib sürtünməsi) 0,2 Nm azaldılıb, sürtünmə itkiləri demək olar ki, sıfıra endirilib. Daxili yanma mühərrikli avtomobildə belə mexanizmlər karbon qazı emissiyasını hər kilometrə iki qram azaldacaq, elektromobildə isə, yürüş məsafəsini bir qədər artıracaqdır.
Nəzəri cəhətdən, yeni əyləclər seriya elektrik avtomobillərində tətbiq olunmağa hazırdırlar. Doğrudur, söhbət mövcud olan modellərdən deyil, yenilərindən gedir, çünki yeni məhsulun tam şəkildə hazır olması üçün 2-3 il gərəkdir. Green Caliper əyləclərinin qiyməti adi əyləc mexanizmləri ilə eynidir, lakin onlar adilərindən daha effektivdirlər.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.