Continental şirkəti avtomobil sistemlərinin bir sıra funksiyalarını idarə etməyə imkan yaradan sensorlu sükanaltı ləçəkləri təqdim etmişdir. Bu sistemin yaradılması zamanı quraşdırılmış 3D kamerası olan «uçama vaxtı» (TOF - time-of-flight detection) sensorundan istifadə edilmişdir ki, bu sistem də əllərin sükan çarxındakı vəziyyətini bir millimetrə qədər dəqiqliyində təyin edir. Yeni texnologiya cihazlar panelindəki menyunu dəyişməyə, musiqini seçməyə və naviqasiya sisteminə marşrutun son nöqtəsini göstərməyə imkan verir.
Jestlərin köməyi ilə, əli sükandan ayırmadan, barmaqları qaldırmaqla misal üçün, daxil olan zənglərə cavab bermək olar. Continental şirkətinin yeni texnologiyası yaxın zamanlarda avtomobillərdə tətbiq edilməyə başlayacaqdır. Bildiyimiz kimi, sükan çarxında quraşdırılmış sensorlara yeni nəsil Mercedes-Benz E-Class, Toyota Prius və Honda Civic avtomobillərində rast gəlmək mümkündür. Onların köməyi ilə multimedia sisteminin və bortkompyüterin menyusunu vərəqləmək olur.
Jestlərlə idarəetmə funksiyasından artıq BMW 7-Series modelində istifadə edilmişdir. Tavanda quraşdırılmış infraqırmızı kamera əl hərəkətlərini «oxuyaraq», sürücüyə musiqinin səsini tənzimləməyə, daxil olan zənglərə cavab verməyə və naviqasiya sistemini idarə etməyə imkan yaradır.