Bu gün Continental şirkətinin yeni məhsullarından - EcoContact 7 və EcoContact 7S şinlərindən danışacağıq. Adından da göründüyü kimi, bu şinlərin əsas vəzifəsi effektivlikdir. Bu məqsədə nail olmaq üçün, Continental şirkətinin mühəndisləri dünyanın hər bir guşəsini tədqiq ediblər və görünən odur ki, axtardıqlarını qolf meydançasında tapıblar. Nə qədər qəribə səslənsə də, yeni şinlərdə qolf toplarının konstruktiv cəhətindən istifadə olunur.

İdeya özlüyündə çox maraqlıdır. Qolf topu onun aerodinamik xarakteristikalarını yaxşılaşdıran kiçik çökəklərə malikdir ki, bu texnologiyanın effektivliyi də artıq sübuta yetirilib. Continental bu konsepsiyanı götürərək, onu öz şinlərində tətbiq edib - Aerodimples adlandırılmış yüzlərlə kiçik çökəklər şinin yan divarı və onun protektorunun kənarlarında yerləşdirilib. İstehsalçının bildirdiyinə görə, bu şinlərin arxasındakı turbulentliyi azaldır ki, bu da şinə daha az enerji sərf etmədən diyirlənməyə imkan verir.

Aerodimples - yeni şinlərdə tətbiq edilən yeganə ekoloji faktor deyil. Şirkət yeni şinlərdə protektorun Green Chili 3.0 rezin tərkibindən istifadə edib ki, bu da şinlərin yırğalanmaya qarşı müqavimətini azaltmağa xidmət edir.  İdman EcoContact 7 S modelində bu tərkib şinlərin yol səthinə, əsasən də yaş yollarda, daha yaxşı yapışmasını təmin etmək üçün dəyişdirilib.

Protektorun daxili bölmələrində Smart Energy Casing texnologiyasında istifadə olunub ki, Continental mütəxəssisləri də onun sürtünməni azaltdığını iddia edirlər, lakin konkret göstəricilər açıqlanmayıb. Protektorun naxışı, əlavə olaraq, yırğalanmaya qarşı müqaviməti və yol səthindən yaranan səs-küyü azaldır.

Image alt Image alt Image alt Image alt

Gözləndiyi kimi, bu şinlər yürüş ehtiyatına görə effektivliyin vacib olduğu elektromobillər üçün nəzərdə tutulub. Lakin onlar daxili yanma mühərrikli avtomobillərdə də əla işləyəcəklər. Avropa İttifaqında bu şinlər yırğalanmaya qarşı müqavimətə görə A sinif, yaş yollarda əyləcləməyə və yoldakı səs-küyə görə isə, B sinif reytinqinə malikdirlər. 

Qeyd etmək gərəkdir ki, bu şinlər yay mövsümü üçün nəzərdə tutulublar və artıq Mercedes-Benz, Volkswagenvə BYD tərəfindən onların konveyerdə avtomobillərə quraşdırılmasına razılıq verilib. 

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.