Media nümayəndələri “Koroğlu” NMM-dən Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində, Bakıya yeni gətirilən elektrik mühərrikli avtobusla turda iştirak etdilər.

Qısa müddət əvvəl Bakıya 160 ədəd elektrik mühərrikli avtobus gətirilib. Onlar AYNA-nın Monitorinq Mərkəzi vasitəsilə 24 saat ərzində izlənəcək. Qərargah COP29 konfransı zamanı fasiləsiz fəaliyyət göstərəcək 

Konfransla əlaqədar bir sıra müntəzəm avtobus marşrutlarının sxemində  dəyişikliklər ediləcək. Tədbir günlərində hava limanından metronun “28 May” və “Əhmədli” stansiyaları istiqamətində H1 və H2 nömrəli ictimai ekspress avtobusların sərnişinləri pulsuz daşıyacağı haqqında məlumat verildi.

Ümumilikdə, COP29 zamanı daşımalarda fasilələrin yaranmaması üçün paytaxtın 26 küçə və prospektində – Neftçilər, Heydər Əliyev, Xocalı, Şah İsmayıl Xətai, Parlament, Bülbül və Azadlıq prospektləri, Zuğulba yolu, hava limanı, Zığ və Salyan şoseləri, Bünyad Sərdarov, Həsən Seyidbəyli, Şeyx Şamil, Mirzəağa Əliyev, Həsənoğlu, Mikayıl Üseynov (Bayraq meydanı istiqamətində), Gülarə Qədirbəyova, Niyazi, İstiqlaliyyət, Üzeyir Hacıbəyli, Koroğlu Rəhimov, Mehdi Hüseyn, Mikayıl Müşfiq, Həsən Əliyev və Fətəli Xan Xoyski küçələrində, xüsusi hərəkət zolaqları təşkil edilib. Həmin zolaqlara digər nəqliyyat vasitələrinin daxil olması qadağandır.

Jurnalistlər həmçinin Hava Limanında Çin istehsalı olan LEVC TX5 markalı təkrar doldurulan hibrid taksi avtomobilləri ilə tanış olublar. Avtomobillər "Avro-6" standartlarına uyğundur. Onların enerjidoldurma müddəti 30 dəqiqədir və elektrik mühərriki ilə 130 kilometr, qoşulmuş benzin generator ilə isə, 600 kilometr məsafə qət etmək imkanına malikdir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.