Corcetto Cucaro və oğlu Fabrisioya məxsus olan GFG Style şirkəti Cenevrə avtosalonuna Sibylla elektrik konsepti ilə qatılacaqdır.
Çinin Envision energetik şirkəti ilə birgə yaradılan konsept dörd elektrik mühərrikinə və elektrik enerjisini idarə etməyə imkan verən xüsusi texnologiyaya sahib olub.
Sibylla modelinin uzunluğu 5000 millimetr, hündürlüyü isə 1480 millimetrdir. Konsept avtomobili ön dayaqların olmaması isə seçilir. O, hərəkət edən alın şüşəsinə və “qağayı qanadları” üslubunda olan arxa qapılara malikdir. Avtomobilin damı və yan şüşələri işığa həssas olan və parlaq işıqda avtomatik tündləşən şüşədən hazırlanıb. Envision şirkəti tərəfindən hazırlanmış elektrik enerjisinin idarəedilməsi texnologiyası avtomobili ağıllı evin, kvartalın və ya bütöv bir şəhərin enerji sisteminə qoşmağa imkan yaradacaqdır. Sistem real vaxt rejimində təhlil apararaq enejinin bölüşdürülməsini optimallaşdırır.
Konseptin salonunda dörd fərdi kreslo, arxa sərnişinlər üçün displeylər, avtomomobilin əsas funksiyalarını idarə etmək üçün xüsusi konsol və cihazlar paneli yerləşir.