Texasdan olan iş adamı Kreyq Korbell gələn il qədim amerikan markası olan Cord brendini yenidən həyata qaytarmaq fikrindədir. O bu brendin hüquqlarını 2014-cü ildə Prey ailəsindən almışdır. 2015-ci ildə ABŞ-da qəbul edilmiş kiçik seriyalı istehsalçılar haqqımda qanun onu yenidən Cord markasını bərpa etməyə söv q etmişdir.

Bu qanun qəbul edilməzdən öncə iş adamı istehsal edilən avtomobilləri kraş-testlərə göndərməli idi. Öz növbəsində bu testlər böyük xərclər tələb edirdi. Yeni qanuna əsasən firmalar 25 və daha çox yaşı olan müasir təhlükəsizlik normativlərinə cavab verməyən replikaları istehsal edə bilərlər.  Yeganə vacib tələb – ekoloji normativlərə cavab verməkdir ki, bunu da müasir mühərrik və ötürmələr qutusu quraşdırmaqla həll etmək olar. Özü də artıq replikanı tam hazır satmaq olar. Əvvəllər firmalar avtomobilləri “planer” adlanan formada çıxarırdılar ki, müştəri özü aldığı mühərriki yerli atelyelərin köməyi ilə quraşdıra bilərdi.

Cord 810/812

Belə replikaların sayı ildə 325 ədədlə məhdudlaşdırılacaqdır ki, bu da kiçik seriya ilə avtomobil istehsal edən firmalar üçün o qədər də az deyildir. Digər bir üstünlük isə, avtomobilləri normal qaydada qeydiyyata almaq və sığorta etdirmək şansının olmasıdır. Xatırladaq ki, Cord markası 1929-1932 və 1936-1937-ci illərdə avtomobillər istehsal etmişdir. Firma zamanına görə bir sıra mütərəqqi həll yollarını təklif etmişdir. Misal olaraq 1929-cu ildə istehsal edilmiş L-29 modeli ABŞ-da istehsal edilən ilk öndən çəkişli avtomobil olmuşdur. Digər bir missal. 1936-37-ci illərdə istehsal edilmiş 810/812 modeli açlan fənərlər, öndən çəkiş sistemi, asılı olmayam ön asma, alliqator tipli kapot, gizli qapı ilgəklərini və dörd pilləli preselektiv avtomatik ötürmələr qutusunu təklif edirdi.

Yeni replikaların harada istehsal ediləcəyi və hansı mühərriklə təchiz ediləcəyi məlum deyildir. Korbellin sözlərinə görə, o ilk növbədə 810/812 modelini istehsal etmək fikrindədir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt